Ayağınızı sıxan ayaqqabılarınızı genişlətmənin 5 yolu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 25 995
Səs ver:
(səs: 3)
Evdə geyinin
Ayaqqabınızı evdə olarkən qalın bir corabla geyinin. Bu şəkildə evdə gəzərkən ayaqqabılarınız genişlənəcək. Eyni üsulu yeni aldığınız ayaqqabılarınızı genişlətmək üçün də tətbiq edə bilərsiniz.

Donan ayaqqabılar
Ağızı bağlanan bir paket alın və yarısına qədər su ilə doldurun. Paketin axıtmadığından əmin olduqdan sonra ayaqqabınızın içinə bu paketləri yerləşdirin, ayaqqabınızın harası dar gəlirsə oraya yerləşdirmənizi məsləhət görürük, daha sonra ayaqqabılarınızı içindəki paketlərlə dondurucuya qoyun. Suyun buz olmasını gözləyin. Ayaqqabının içindəki su, buz olarkən genişlənəcək və beləcə ayaqqabınız da genişlənəcək. Daha sonra ayaqqabıları dondurucudan çıxardın və evin içində bir az geyinin. Amma bu halda ayaqqabıları geyinməzdən əvvəl corab geyinin, buzluqdan çıxdıqları üçün soyuq olacaqlar.

Spreylə genişlətmə

Ayaqqabı satan mağazalarda tapa biləcəyiniz genişləndirici spreyləri şüşənin arxasındakı təlimatlara görə istifadə edə bilərsiniz.

Fen möcüzəsi

Qalın corablarla ayaqqabılarınızı geyinin. Daha sonra feni ayaqqabılarınıza (birbaşa olmayacaq şəkildə) yaxınlaşdırın və ayaqqabılar istiləndikcə barmaqlarınızı içində oynadın. Soyuduqdan sonra hələ də ayaqlarınızı sıxırsa əməliyyatı təkrarlayın.

Ayaqqabı qəlibləri

Ayağınızla eyni nömrədə bir ayaqqabı qəlibi alın və kiçik gələn ayaqqabılarınızın içinə qoyun. Lakin nəticəni hiss etmək üçün bir neçə gün gözləməniz lazım olacaq.

/Mənbə: Qadınlar.biz/
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 25 995
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri