Hansı mövsümün qadınısınız?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 253
Səs ver:
(səs: 0)
Dörd mövsüm var. Amma özünüzü yalnız bir mövsümdə daha xoşbəxt, dinc və canlı hiss edirsiniz. Çünki siz, o mövsümün qadınısınız. İndi edəcəyiniz tək şey aid olduğunuz mövsümü tapmaq və özünüzü əks etdirmək...
Qış qadınları
Linda Evangelista həqiqətən bir qış qadını. Siz də özünüzü, məşhur maniken kimi qışda xoşbəxt və dinamik hiss edirsinizsə, tipik bir qış qadınısınız deməkdir. Düz saçlar, toppuzlar, hörgülər sizin üçün ən uyğun modellər. Tonal krem seçkisində bej tonlarını seçin. Allıq üçün çəhrayı sizə gedəcək ən yaxşı rəngdir. Allığınızla doğru mütənasib bir pomada xoşbəxtliyinizə xoşbəxtlik qatacaq! Paltar seçkinizdə isə canlı mavi, qırmızı, boz, bənövşəyi kimi rənglərdən asan asan imtina etməyin. Sizin üçün rəng seçkisi qədər rahatlıq da çox əhəmiyyətli. Geydiyiniz paltarların içində dinc olmaq və rahatlamaq istəyirsiniz. Çünki qış mövsümü sizə dincliyi və xoşbəxtliyi xatırladır.
Yaz qadınları
Ən tipik nümunə məşhur top model Cindy Crawford. İsti, cana yaxın, günahsız. Eynilə yaz mövsümü kimi! Bu tip qadınlara dalğalı saçlar çox yaraşar. Xüsusilə də saçının və bədəninin rənginə uyğun edilən bir refle gözəlliyinə gözəllik qatar. Çəhrayı allığınız varsa, nə xoşbəxt sizə! Bu rəng bir allıq yaz qadınına xoş bir hava verəcək. Pomada seçkisində də canlı çəhrayılar, mərcanlar seçilməli. Paltarlarınızda da çəhrayı və mavi rəngləri rahatlıqla istifadə edə bilərsiniz. Yaz mövsümü sizə xoşbəxtlik və canlılıq verdiyi qədər, içinizi də istilədir.
Yay qadınları
Bu mövsümün qadınları iddialı gözəllikləriylə diqqəti çəkir. Ən yaxşı nümunə də manikenliyi buraxdığını söyləməsinə baxmayaraq keçdiyimiz günlərdə İtaliyada bir nümayişə çıxan və göz qamaşdıran Claudia Schieffer. Saç rəngində küllü rənglərdən və tünd şabalıddan qaçınmalısınız. Kişiyə xas seqmentlər ya da təbii görünüşlü və hərəkətli saçlar sizin üçün ən uyğunu. Tonal kremdə saç və dəri rənginizi gözardı etməyin. Turuncu, ərik rəngi geyimlərinizdə ideal seçki.
Payız qadınları
Bu mövsümün qadınına ən yaxşı nümunə mənim Eva Herzigova. Hüznü və pessimizmi bir az sevdiyini də etiraf edir. Makiyajınıza; bej tonlar kimi dəri rənginizə yaxın şəffaf rənglərdə seçəcəyiniz bir tonal kremlə başlayın. Allığınızı qırmızı və qəhvəyi rənglərindən seçə bilərsiniz. Paltarlarınızda isə tünd yaşıl, qırmızı, turuncu, neft və pas rəngi sizə ən çox yaraşacaq rənglərdir. Geyimlərdəki tündlük və matlıq ruh halınıza ən yaxşı gedən növdən olmalı.

/Mənbə:Qadınlar.biz/
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 3 253
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri