Kitab oxumağın 15 faydası

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 6 204
Səs ver:
(səs: 4)
1. Dünya görüşümüzü, həyata baxışımızı genişləndirir. Fərqli düşünüb, məsələləri fərqli metodlarla həll etməyi öyrənirik.Yeni fikirlər, məlumatlar qazanır, onları gündəlik həyatımızda da tətbiq edirik.

2.Fantaziyamız inkişaf edir.

3.Yeni sözlər öyrənirik. Beləliklə, ədəbi dildə ünsiyyətin əsas şərtlərindən olan söz bazamız artır. Fikirlərimizi yazılı və şifahi olaraq daha yaxşı ifadə edə bilirik.

4.Göz və beyin koordinasiyamız artır. Daha sürətli görüb, dərketmə bacarığına sahib oluruq.

5.Hər macərada yeni həyəcanlarla qarşılaşır və yaşayışımızı dəyişdirə bilirik.

6.İnsanlarla qurduğumuz əlaqələr çox istiqamətli olur. Çünki bir çox ədəbi əsər bir çox obrazları özündə cəmləyir. Bu insanları yaxşı tanımağa, onların həyat hekayələrini təxmin etməyə, fərdlərin özünəməxsus fərqli yönlərini görməyimizi təmin edir.

7.Səbr etməyi və tamamlamağı öyrənirik. Bir çox kitab giriş,əsas hadisələr sonluq hissələrindən düzəlir. Bubölgünü sıra ilə sonuna qədər oxuyaraq həyatımızda da "səliqəli yaşam” qurmağı öyrənirik.

8. Görmədiyimiz, tanımadığımız yeni məkanlar, yeni insanlar, yeni həyatlar tanıyır, hər gözlənilməz hadisəyə qarşı dözüm bacarığını inkişaf etdiririk.

9.Kitablar, peşə seçimlərimizdə istiqamətverici rol oynaya bilər.Məsələn, xoşladığımız romanın qəhramanı müəllimdirsə, biz də müəllimlik sənətinə maraq duya bilərik.

10.Kitablar, xoş zaman keçirdiyiniz dostlarınız kimidir. Hər yaş kateqoriyasına uyğun kitablar oxumaq çox yaxşı dostlar qazanmaqla eyni dəyərdədir.

11. Gündəlik ictimai problemlərin nəticəsi olan streslə mübarizədə kitabların rolu danılmazdır. Fərqli hekayələrlə qarşılaşarkən gündəlik stredən az da olsa azad oluruq.

12. Ümumi dünya görüşümüzün artması nəticəsində cəmiyyət arasında ünsiyyətdə olarkən özümüzə inamımız artır.

13.Kitab oxumaq ilə məntiqi zəka arasında əlaqə var. Kitablar daha məntiqli düşünməyi təmin edir.

14. Kitablar mövcud olduğumuz vəziyyətdə insani, əxlaqi, mənəvi dəyərləri daha rahat dəyərləndirməyə köməkçidir. Beləliklə, sosial əlaqələrdə nəyi necə, harada, edəcəyimizi; nəyin düzgün, nəyin səhv olduğunu daha yaxşı müəyyənləşdiririk.

15. Heyvan və bitki sevgisi, bir çox hallarda ilkin təhsil pilləsində aşılanır. Burada hekayə, nağıl kimi kiçik həcmli kitabların rolu danılmazdır.
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 6 204
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri