Zoğalın bilmədiyimiz faydaları

Müəllif: Wiyinka
Şərhlər: 2
Baxılıb: 3 962
Səs ver:
(səs: 1)
Zoğal ağacı həm kol və həm də ağac şəklində olur. Meyvəsinin rəngi qırmızıdır, dadı isə turş və bir qədər şirindir. Zoğal ağacı təxminən 300 il ömür sürür. Bu meyvənin tərkibində dəmir, kalsium, fol turşusu, C, B2, B1, E vitamini vardır. Bu dadlı meyvənin kalorisi azdır. Bu meyvənin tərkibində 17% anti-oksidan vardır ki, çox sayda xəstəliklərə müqavimət göstərər.
Zoğal xərçənglə mübarizə aparar
Zoğal ağciyər, bağırsaq xərçənginin qarşısını alar və xərçəng hüceyrələrinin artmasının qarşısını alar. Bu meyvədən kamil şəkildə bəhrələnsək, xərçəng xəstəliyindən uzaq olarıq.
Zoğal ürək xəstəliklərinə qarşı faydalıdır
Zoğal elə bir meyvədir ki, ürək xəstəliklərinin qarşısını alır. Zoğalın tərkibində olan anti-oksidanlar adətən qara rəngli tərəvəzlərin və meyvələrin tərkibində olan anti-oksidandır. Bu anti-oksidanlar həmin xəstəliklərin yaranmasının qarşısını alır.
Zoğal sidik yollarının infeksiyası və böyrək daşları üçün faydalıdır
Zoğal sidik yollarının infeksiyasını aradan qaldırmağa yardım edər. Səbəbi budur ki, zoğal sidiyi turşuya çevirir və əks bakteriyası olan hyuburik turşusuna çevirir. Bu maddə ancaq zoğalda olur. Bakteriyaların bir-birinə yapışmasının qarşısını alar və infeksiyanı aradan qaldırır. Başqa sözlə desək, zoğal bakteriyanın bədəndən çıxmasına səbəb olar və onu artmağa qoymaz. Zoğal böyrək daşları üçün də faydalıdır. Zoğalın turşuya çevirmək xasiyyəti daşları əridər və bakteriyaların böyrəyin divarlarına yapışmasına mane olar.
Zoğal çəkini azaldar
Zoğal çəkini azaldar. Bədəndəki insulinin miqdarını tənzim edər. Bu maddə bədəndə toplanan piyləri əridər. Bundan başqa bədəndə toplanmış zəhərli maddələri xaric edər.
Zoğal ishalı aradan qaldırar
Zoğal bədəndə infeksiyanın aradan qalxmasına yardım edər. Zoğal ishalı yaxşılaşdırar. Bir xörək qaşığı zoğalı bir stəkan suda qarışdırıb, 15 dəqiqə qaynadın. 15 dəqiqə dəm almaq üçün buraxın. İki gün ondan için və ishala yardım edər.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 962
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri