Çayın zərərləri haqqında

Müəllif: Wiyinka
Şərhlər: 8
Baxılıb: 2 821
Səs ver:
(səs: 1)
Alışdığımız çay orqanizmə xeyirdir. Amma hamıya, hər zaman və istədiyi miqdarda yox.

Mədə xorasında
Çay həzm prosesinə kömək edir. Amma siz mədə və onikibarmaqbağırsağın xorasından, eləcə də mədə turşuluğunun yüksək olmasından əziyyət çəkirsinizsə, çay içməyi azaldın. Sağlam mədədəki fosfor turşusu birləşmələri mədə turşusu birləşmələri mədə turşusunun sekresiyasını aşağı salır. Yadda saxlayın ki, çayın bir komponenti teofilindir. Teofilin isə bu birləşmənin funksiyasını azalda bilər, nəticədə mədə turşusunun xeyli artar. Bu isə öz növbəsində xoranın sağalmasına mane olur. Buna görə də çayın sayını azaldın, tünd çay içməyi isə birdəfəlik tərgidin.

Ateroskleroz və Hipertoniya
Əgər sizə Ateroskleroz və hipertinya xəstəliyi diaqnozu qoyulubsa, kəskinləşmə dövründə qırmızı və tünd dəmlənmiş çay içməyin. Belə çay mərkəzi sinir sisteminə qıcıqlandırıcı təsir göstərir. Baş beyin qabığı bu vəziyyətə düşəndə qan damarları daralır. Bu isə, beyində trombun yaranmasına səbəb ola bilər.

Yuxusuzluq
Yatmağa az qalmış içilən tünd çay mərkəzi sinir sistemi və baş beyini oynaqlıq vəziyyətinə gətirir, nəbz tezləşir, qanın hərəkəti sürətlənir deyə, yuxuya getmək mümkün olmur.

Yüksək temperatur

Belə qəbul edilib ki, tünd isti çay susuzluğu yatırdır, buna görə də o, hərarət qalxanda faydalıdır. Lakin bu fikir həqiqətdən çax uzaqdır. Tünd çay nəinki qızdırmmadan yanan adama xeyir verir, əksinə bədənin istiliyini bir qədər də yüksəldir. Teofilin sidikqovucu xassəli olduğundan hər hansı qızdırmasalıcı dərmanın təsirini azaldır.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 821
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri