Yaz meyvələrinin faydaları

Müəllif: Wiyinka
Şərhlər: 5
Baxılıb: 3 069
Səs ver:
(səs: 0)
Yaz meyvələri təbiətin oyanmasını və yenilənməyi işarələyən bir mövsümdə yetişən meyvələrdir. Qış mövsümünün soyuğunun ardından, yaz mövsümünün gəlişiylə bəslənmənin rənglənməsi insanlara fərqli duyğular hiss etdirməkdədir. Sağlam həyat üçün hər mövsüm yetişən meyvələrin istehlak edilməsi lazımdır. Meyvələrin mövsümündə istehlak edilməsi həm faydalı olacaq, həm də ləzzət baxımından xoşunuza gedəcək. Yaz mövsümünün gəlişi bəzi kəslərdə, bahar yorğunluğu deyə adlandırılan, halsızlıq, oynaq ağrıları, yuxu nizamsızlığı kimi problemlərə səbəb olar. Bunu antioksid və B vitamini təmin edən təzə meyvələr istehlak edərək aşa bilərsiniz. A və C vitamini ehtiva edən meyvələrdə immunitet sisteminizi gücləndirəcəyindən, sizləri xəstəliklərdən qoruyacaq.

Yaz meyvələri və faydaları nələrdir?

Çiyələk: Yazın meyvələrinin içində insanları ən xoşbəxt edən meyvələrdən biri olan çiyələk kalsium, folik turşu, fosfor, dəmir kimi minerallar yanında, A, C və B vitaminləri təmin edər. Bu meyvəni həm təzə olaraq istehlak edə bilərsiniz, həm də şirinlərdə və dondurmalarda istifadə edə bilərsiniz. Diş daşlarının meydana gəlməsini maneə törədən bu meyvə, yüksək temeraturu də salıcı təsirə malikdir.

Ərik: Bu meyvənin bir çox növü var. Can əriyi, mürdüm əriyi, papa əriyi kimi növlərdən dilədiyinizi istehlak edə bilərsiniz. Kalium, fosfor , maqnezium, dəmir təmin etdiyi kimi, A, B, C vitaminlərinə malikdir. Bədənə enerji verən, iştah açan, qansızlığı aradan qaldıran və həzmi asanlaşdıran ərik, revmatizm xəstələrinə də təklif edilməkdədir. Ən əhəmiyyətli xüsusiyyəti bədəndən toksinləri təmizləməsidir. Yazın gəlişi havanı yenilədiyi kimi, meyvələri də bədənimizi yeniləməkdədir.

Avokado: Kalium və lif baxımından əngin bir meyvə olan avokado, A, B, C və E vitaminlərinə də malikdir. Dəri və ürək problemlərinə faydalıdır. Dəridə kalojen istehsalını təmin etdiyindən, yaşlanmağı gecikdirər.

Albalı: Albalı güclü bir ağrı kəsicidir. 20 albalıda 12-25 milliqram arası antosiyanin maddəsi olduğu və bu maddənin ağrı kəsici təsirinin Aspirindən on qat daha çox olduğu təsbit edilmişdir. Xolesterolu və qan şəkərini salar. Albalılarda olan flavanoidlər bədəndəki zəhəri təmizləyər, antioksid təsir edər, qəbizlik aradan qaldırıcıdır. Nikotinin bədəndən atılmasına köməkçi olar. Böyrəklərin daş və qum etməsini önləyər və varsa zamanla tökər. Öd kisəsi daşının tökülməsinə də köməkçi olar. Üzdə yaranan sızanaqların aradan qaldırılmasını təmin etməkdədir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 069
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri