Yeməklərin bişirilmə qaydaları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 4 578
Səs ver:
(səs: 1)
1.Əti yüksək odda qızartmaq olmaz. Qızartdığınız əti tez-tez çevirməyə də ehtiyac yoxdur. Çünki bu, protein miqdarının azalmasına gətirib çıxarır.

2.Əti tikələrə ayırmaq və ağzıbağlı qabda saxlamaq məsləhətdir.

3.Yağları işıq düşən və ya isti yerlərdə saxlamaq olmaz.

4.Südü çox qaynatmaq məsləhət deyil. Çünki uzun müddət qaynatdıqda süddəki proteinlər azalır.

5.Qatığın suyunu atdıqda vitamin itkisinə məruz qalır.

6.Yumurtanı həddindən artıq bişirdikdə kalorisi azalır.

7.Meyvələri kəsdikdən sonra saxladıqda vitaminləri azalır. Eyni şey təzə çəkilmiş meyvə suyunu soyuducuda saxladıqda da baş verir.

8.Tərəvəzləri doğradıqdan sonra uzun müddət saxlamaq olmaz. Çünki tərəvəzdəki vitaminlər istiliyə və işığa həssasdır. Buna görə də doğranmış tərəvəzləri mümkün qədər tez istifadə etmək lazımdır. Salatlar üçün də eyni şeyi demək olar.

9.Tərəvəzləri xırda-xırda yox, iri-iri doğramaq məsləhətdir. Bundan başqa, tərəvəzləri doğramazdan əvvəl yumaq lazımdır.

10.Lobya, noxud, paxla kimi ərzaqları pörtlətdikdən sonra suyunu atdıqda kalorisi azalır. Eyni şeyi makaron, əriştə və düyü üçün də demək olar.

11.Lobyanı, noxudu, paxlanı yaxşı bişirdikdə kalorisi artır.

12.Yeməkləri bişirmək üçün müəyyən vaxta riayət etmək lazımdır. Məsələn, yumurtanı qaynatmaq üçün 3-5 dəqiqə kifayətdir. Çünki 5 dəqiqədən çox qaynatdıqda yumurtadakı proteinlər azalır.

13.Yemək bişirərkən qazanın ağzı bağlı olmalıdır. Çünki buxarlanma vitamin itkisinə səbəb olur.

14.Kartofu qabığı ilə pörtlətmək, meyvəni isə qabığı ilə yemək məsləhətdir.

15.Kartof və soğanı mümkün qədər qaranlıq yerdə saxlayın.

16.Kartof qızartdığınız yağdan ikinci dəfə istifadə etməyin. Çünki bu, yağdan zərərli maddələrin ayrılmasına səbəb olar.

17.Taxıl məhsullarını şüşə qablarda saxlayın.

18.Çörəyi nazik-nazik doğrayıb qızartdıqda kalorisi azalır.

19.Çörək və ya şirniyyat bişirərkən xəmiri mayalandırmaq onun kalorisini artırır. Mayalandırılmamış çörəyin kalorisi mayalandırılmış çörəyin kalorisindən az olur.

20.Şirniyyat bişirərkən süddən istifadə edirsinizsə, şəkər tozunu axırda tökün. Çünki şəkər tozunu tez töksəniz, bu südün protein miqdarının azalmasına səbəb olar.

21.Yumurta, süd və qatıqla hazırlanan şirniyyatların kalorisi un, yağ və şəkərlə hazırlanan şirniyyatların kalorisinə nisbətən çoxdur. Şəkər əvəzinə, bəkməzdən istifadə etmək şirniyyatın kalorisini artırır.

22.Tort üçün hazırladığınız kremi çox çırpmayın. Çünki kremi çox çırpdıqda əvvəlki kalorisi qalmır.

23.Makaronu qaynadarkən az su ilə qaynatmaq məsləhətdir. Çünki çox su ilə qaynatdıqda makarondakı vitaminlər suya keçir.
(səs: 1)
Şərhlər: 13
Baxılıb: 4 578
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri