Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Məhəbbət alması”nın cinsi fəaliyyətə təsiri
“Məhəbbət alması”nın cinsi fəaliyyətə təsiri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1234
Səs ver:
Fransızlar bu tərəvəzi "məhəbbət alması” adlandırırlar. Bu da təsadüfi deyil.Pomidorun cinsi fəaliyyətin güclənməsinə müsbət təsiri elmi cəhətdən sübut olunub. Həmçinin prostat xərçənginə qarşı mübarizə aparır. Bir sözlə, xoşbəxt cinsi həyat yaşamaq istəyənlər üçün əvəzolunmaz tərəvəzdir.
Pomidoru hər fəsildə yemək olar. Yaz və yay aylarında çiy yediyimiz bu tərəvəzin, qış aylarında turşusundan, tomatından istifadə edə bilərsiniz. Təbii ki, eyni effekti verməyəcək, ancaq hər halda heç yeməməkdən yaxşıdır.
Çünki pomidor yemək üçün heç olmasa 5 yaxşı səbəbiniz var:

1. Xərçənd xəstəliyi ilə mübarizə aparır
Pomidorun tərkibində likopin var. Tərkibindəki qırmızı rəngli dənələr antioksidantlardır. Onlar hər cür xərçəng xəstəliyi ilə mübarizə aparırlar. Aparılan tədqiqatlar göstərir ki, həftədə iki dəfə pomidor sousundan istifadə edənlərdə xərçəng xəstəliyi riski 36% azalır.

2. Pomidor beyin insultunun qarşısını alır

Pomidor beyin insultu riskini azaldır. Çünki likopin yağların oksidləşməsini ləngidir. Belə ki, oksidləşmə nəticəsində qan damarlarında tıxanmalar olur və bu da beyin insultu riskini artırır. Əgər qan təzyiqiniz yüksəkdirsə, bol-bol pomidor yeyin.

3. Pomidor yorğunluğu aradan qaldırar
Pomidorun tərkibində çoxlu vitamin var, o cümlədən E, B6, B3, C, A, K vitaminlər.
C vitamini yorğunluqla mübarizə aparır. İmmun sistemini gücləndirir. Bu tərəvəz həm də qocalığı gecikdirir. Əgər cavan qalmaq istəyirsinizsə, pomidor yeyin.

4. Arıqlamağa kömək edir
Pomidorun tərkibinin 93 faizi sudur. Buna görə də susuzluğu aradan qaldırır və bədənə az kalori verir. 100 qram pomidorda 17 kalori var. Ona görə də arıqlamaq istəyənlər bu tərəvəzi rahat yeyə bilərlər.

5. Cavan və gözəl dəri üçün lazımlıdır

Pomidorun tərkibində likopin olduğu üçün hüceyrələrin qocalmasının qarşısını alır. Pomidorun qabığı dərini təmizləyir. Təbii maskalarda bu tərəvəzdən də istifadə edə bilərsiniz. Maska hazırlamağa vaxtınız yoxdursa, pomidorun şirəsini üzünüzə çəkin və ya  bir neçə dilimini üzünüzə qoyun və 15 dəqiqədən sonra yuyun.

Şərhlər:
Baxılıb: 1234
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz