Paltaryuyan maşının təmizlənməsi

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 8299
Paylaş:
Səs ver:
(səs: 3)
Hətta ən bahalı paltaryuyan maşını vaxtaşırı təmizləmək lazımdır. Sizə paltaryuyan maşınını ərpdən, kifdən və palçıqdan düzgün təmizləmə qaydalı barədə bəzi məsləhətləri təqdim edirik.

Çox vaxt plastik və ya metal səthdə müxtəlif palçıq və mineral maddələr toplanır. Bu sərt suyun istifadəsi, paltaryuyan maşının yanlış istismarı, həddən artıq çox keyfiyyətsiz kimyəvi yuyucu vasitələrin tətbiqi nəticəsində yaranır.

Təəssüf ki, çox palçıq yığımı çətin təmizlənən yerlərdə yığıldığı üçün, təmizləmə prosesi çətinləşir və zamanla bu paltaryuyan maşının sınmasına gətirib çıxarır. Buna görə istehsalçılar paltaryuyanı heç olmasa ayda 2 dəfə təmizləməyi məsləhət görürlər.

Maşının üstdən təmizlənməsi
Bu paltaryuyan maşının təmizliyinin saxlanılması üçün ən sadə üsuldur. Maşında yuyucu tozun, suyun və ağardıcı vasitələrin ləkələri qalır. Bu ləkələri aparmaq üçün onları ilıq suda isladılmış dəsmal ilə silmək kifayətdir.

Barabanın içəridən təmizlənməsi
Maşının daxilində xoşagəlməz qoxu hiss edən kimi, barabanın təmizlənməsinin əsl vaxtı olduğunu bilin. Xoşagəlməz qoxulardan qurtulmaq üçün, qabaqcadan barabana paltaryuyan maşın üçün ağardıcı və ya təmizləyici töküb maşını isti su ilə doldurmaq kifayətdir.

Əvvəlcə qısa müddətə yuma dövrünü qoşmaq lazımdır ki, ağardıcı suya qarışsın. Sonra isə söndürüb bir saata qədər bu vəziyyətdə saxlamaq lazımdır. Filtri 3 ayda bir dəfə təmizləmək tövsiyə edilir. Yuma prosesində profilaktika üçün su yumşaldıcılarından istifadə edin.

Paltaryuyanın ərpdən təmizlənməsi
Paltaryuyan maşınlar üçün yaxşı təmizləyici vasitə üç şərtə uyğun olmalıdır: geyim və insan üçün təhlükəsiz olmalı, paltaryuyan maşının daxili səthini çirk və toz qalıqlarından effektiv təmizləməli, maşının özü üçün isə təhlükəsiz olmalıdır.

Buna görə yaxşı təmizləyici vasitələrdən istifadə etmək lazımdır ki, onlar da çox vaxt paltaryuyan maşınların istehsalçıları tərəfindən buraxılır.

Şlanqların və filterlərin təmizlənməsi
Əgər paltaryuyan maşının filtlərini və şlanqlarını müxtəlif çirklərdən təmizləməsək, bu zaman o gələcəkdə yararsız hala düşə bilər.

Maşının təmizliyinə daim diqqət edin
Yuyulmuş paltarları uzun müddət maşında saxlamayın, çünki rütubətli ilıq mühit kifin və göbələyin artımına imkan yaradır. Onların sayəsində xoşagəlməz qoxu yaranır və paltaryuyan maşının iş qabiliyyəti əhəmiyyətli dərəcədə pisləşir.

Havanın dəyişməsi
Əgər maşında müəyyən nəmişlik qalıbsa, o hava dəyişmənin nəticəsində kifayət qədər tez quruyacaq.
Belə kifayət qədər sadə məsləhətlərə riayət edərək, siz paltaryuyan maşınınızın sizə daha uzun müddət xidmət etməsini təmin edəcəksiniz.

loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 8299
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv