Papağı çıxarandan sonra saçınızı belə düzəldin

Müəllif: Antikvar
Şərhlər: 9
Baxılıb: 3 024
Səs ver:
(səs: 1)
Soyuq qış aylarında "Aman saçlarım elektriklənməsin, aman saçlarım yatmasın!”, - deyə düşünüb papaq taxmırsızsa, onda Qadınlar.Biz-in bu yazısını mütləq oxuyun.

Soyuq havada xəstəlikdən qorunmaq istəyirsizsə, papaq taxmağı unutmayın. "Papaq taxandan sonra saçlarım pisləşir” düşüncənizi bizim köməyimizlə geridə qoyun.

Məşhurların saç stilisti Kim Serratore papaq taxmadan əvvəl içini quru bir parça ilə ovmağı və çantanızdan mini saç spreyi, darağı və serumu əskik etməməyi məsləhət görür. Başınıza kip yapışan deyil, bir az böyük ölçüdə papaq alın.

Papağı çıxardıqdan sonra saçlarınızı önə doğru atın. Başınızın arxasından başlayıb önə doğru təxminən 30 saniyə boyunca saç diblərinə masaj edin. Barmaqların istiliyi papağın yaratdığı elektriklənməni azaldacaq. Başınızı qaldırıb saçlarınızın uclarından yapışıb təpədən tutun və diblərinə saç spreyi sıxın.

Saç spreyi quruduqdan sonra daraqla saç diblərini qabardın. Bir aşağı, bir yuxarı yelləməkdənsə, yuxarıdan saç dibinizə doğru yavaş hərəkətlərlə darağı yavaşca gəzdirin. Son olaraq silikon tərkibli saç serumunu əlinizə sıxıb saç uclarına sürtün.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 3 024
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri