Bunları mətbəxinizdən atın

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 3 257
Səs ver:
(səs: 5)
Hər birimizin mətbəxində yerləşən və gündəlik olaraq işlətdiyimiz bəzi avadanlıqlar sağlamlığımıza ziyandır.

Bəs mətbəximizdən uzaq tutmalı olduğumuz o əşyalar hansılardır?

Tefal qazan və tavalar. Yanmaz və yapışmaz bişiricilər xərçəng, doğum qüsurları, immunitet sistemini çökdürmə, infarkt və iflic riskinə yol açan kimyəvi toksik qarışm tərkiblidir. Bu kimyəvi qarışımlar xalça, ütü masası, paltar, qaz, qazan və tavalarda su keçirməz hissələrdə istifadə olunuan florin birləşmələrdir.

Alüminium qazan və tavalar. Bu əşyaların alzehmir xəstəliyi ilə əlaqəsinin olduğu deyilir. Alüminium qazan və qablar ucuz olduğundan daha çox satılır.

Alüminium qazana duz, ya da asitli yəməklər qoyulduğunda dibində çuxurlar yaranır və yeməyə alüminium çökür. Bu qabların yerinə torpaq, paslanmayan dəmir, seramik, şüşə, porselen, tökmə dəmir qablardan istifadə olunmalıdır.

Plastik əşyalar. Bu əşyalar isti dəydiyində əriyir. Bunlar mətbəxlik əşyalar deyil. Hamısını atın.

İstiylə təmasda kanserogen maddəni açığa çıxaran bu əşyaların yerinə dəmir, şüşə, ya da metal əşyalar istifadə edin.

Plastik saxlama qablar. Polikarbonat plastikdə olan əsas maddə bisfenol A, çox zaman əmzik və süd şüşələrində istifadə olunur. Bu qablar çox istiyə məruz qaldıqda əriyir, tez qırılırlar.

Araşdırma zamanı bu bisfenol maddənin genetik hormon pozğunluğuna səbəb olduğu və hamiləlikdə düşmələ yol açıdığı müəyyən olunub. Dükanlardan plastik qablarda aldığınız yeməkləri dərhal o qabdan çıxarın.

Çiy ət. Bişməmiş çiy ət yeyənlər parazitlərdən yoluxulan zəhərli xəstəlik, ya da trişinoz xəstəliyinə yoluxa bilər. Çiy əti kəsdiyiniz yerə bişmiş ət qoymayın, ya da çiy əti tutduğunuz çəngəl, ya bıçaqla bişmiş ətə toxunmayın.

Ətləri qoyacağınız dəzgahı öncə sirkə ilə silin, sonra peroksid fışqırdın.

Metal qablar. Pomidor, turşu, limon, karboidratlı içkilər, asidik çay kimi içkilər metalla təmasa girdikdə zəhərli hala gəlirlər. Şüşə qablardan istifadə edin.
(səs: 5)
Şərhlər: 9
Baxılıb: 3 257
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri