Qida zəhərlənməsindən qorunmağın yolları

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 2 984
Səs ver:
(səs: 3)
Qida zəhərlənmələrinin ən geniş yayılmış səbəbi məhsulun kifayət qədər keyfiyyətli olmaması, diqqətsizlik və məsuliyyətsizlikdir. Digər zəhərlənmə səbəbləri isə hazırlanma və istehlak arasında bir və ya daha çox gün olması, kifayət qədər bişirməmə, istilik, avadanlıq və materialların təmiz olmamasıdır.

Qida zəhərlənməsinin qarşısını almaq üçün qidaları satın alarkən, saxlayarkən, ya da istehlak edərkən bəzi məqamlara diqqət yetirmək lazımdır.

1. Təzə balığın gözləri parlaq və ləkəsiz, pulları bərk, qəlsəmə yerləri qırmızı olmalıdır, üstündən basanda barmağın izi dərhal düşəlməlidir, üzgəcləri diri, əzələləri sərt və elastik olmamalıdır.

2. Toyuğu parça əvəzinə bütün alın. Bütün toyuq alarkən isə onun döş hissəsinə basdıqda qırılması təzə olmasını və təravətini göstərir. Həmçinin, çalışın broler çolpaları olmasın. Kənd çolpası adı altında sarı rəngli suya salınmış çolpalara da diqqət edin.

3. Hazır çəkilmiş qiymələrdən çəkinin: Çünki onların xoşagəlimli görünməsi üçün çəhrayi rəng, uzun müddət xarab olmadan qalması üçün iisə dərman qatılır. Xəstə, ölmüş heyvanların əti yeyilərsə xəstəliklərin insana yoluxma ehtimalı çoxdu. Həddindən böyük malların yediyi yeməklər bəlli olmadığı üçün onların farşlarını da istifadə etmək risklidir. Ətlərin baytarlıq nəzarətindən keçməsi vacibdir. Qiymə alarkən hazır çəkilmiş yerinə öz seçdiyiniz az yağlı ətdən qiymə çəkdirməyə diqqət göstərin.

4 İnək əti parlaq qırmızı, qoyun əti isə çəhrayı rəngdə olmalıdır. Ətin təravətini rəngi göstərir. Ətə barmaq ilə basdıqda iz dərhal düzəlməlidir. Ətin rəngi tündləşibsə, suyu qurumuş və sıxılıbsa, ağırlaşmış qoxu gəlirsə o yararsızdır.

5 Yumurta istifadə etmədən öncə dərhal yuyulmalıdır. Yumurta soyuducuda yumadan saxlanılır. Bundan başqa, yumurtaya toxunduqdan sonra əllərinizi mütləq yuyun. Bununla toyuğun əlinizə hulaşan ifrazatından və nəticəsi ölümlə bitə bilən zəhərlənmələrdən qorunarsınız.

6. Buz dolabından çıxmış əti soduyucunun üst gözünə qoyun ki, donu açılsın və bir neçə dəfə donu açılmış əti yenidən buz dolabında dondurmaq olmaz. Açılmış əti qətiyyən 1 neçə gün otaq temperaturunda saxlamayın. Kolbasa, sosiskaları daim soyuducuda saxlayın, otaq temperaturunda saxlasanız bir neçə gün sonra kiflənəcək.

7. Dondurulmuş tərəvəzləri donu açılmadan bişirin.

8. Sterilizə edilmiş südləri 2-3 gün ərzində istifadə edin.

10. Soyuducunun qapağını uzun müddət açıq qoymayın. Xüsusilə yay mövsümündə soyuducuda soyuq havanın rahat dolaşması üçün çox doldurmayın.

11. Soyuducuda hər nə qoyulsa mütləq ağzı örtülü halda qoyulmalıdır. Çünki qoxular qidalara keçə bilər.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 2 984
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri