Dərinizi komputerdən qoruyun

Müəllif: Nazlı_qız
Şərhlər: 10
Baxılıb: 530
Paylaş:
Səs ver:
(səs: 2)
Kompüter qarşısında keçirilən saatlar təkcə gözlərin zəifləməsinə, belin qamətinin əyilməsinə səbəb olmur. İnsanları yeni texnologiyalara yaxınlaşdıran kompüter dəridə vaxtından əvvəl qırışlar yaradır, dərini solğunlaşdırır.

Kompüter bizim biliklərimizi artırmaqla yanaşı, dərimizi büzüşdürür. Kosmetoloqların sözlərinə görə, kompüter şüaları zərif cinsin nümayəndələrinin dərisinə daha çox mənfi təsir etməyə qadirdir. Bu, qadınların dərisinin daha zərif və nazik olması ilə izah edilir.

Onu da qeyd edək ki, bu şüalardan qorunmağın üsulları var. Özü də bu üsullardan nəinki qadınlar, həm də güclü cinsin nümayəndələri də istifadə edə bilərlər. Amma xanımlar unutmamalıdırlar ki, kompüter şüalarının mənfi təsirini onlar daha tez dərilərində hiss edəcəklər. Beləliklə, bu üsulları diqqətinizə təqdim edirik:

Əvvəla, kompüterdə işləyərkən hər saatın sonunda özünüzə 5 dəqiqəlik fasilə verin. Bu vaxtdan da səmərəli istifadə edin. Pəncərənin qarşısına keçin, dərindən nəfəs alın. Boynunuzu dartın və sağa-sola çevirməklə rahatlanın. Bir stəkan mineral və ya adi su için. Əgər imkanınız varsa, suya bir neçə damcı limon və ya portağal şirəsi əlavə edin.

Hər iki saatdan bir sifətinizi su ilə yuyun. Əgər sifətinizə tonal krem və pudra vurmamısınızsa, onda nəm salfetka ilə üzünüzü silə də bilərsiniz. Və yaxud mineral su ilə üzünüzü yuyun. Üzünüzdə makiyaj varsa, gözəlliyinizin qorunması xatirinə gərək iş gününün sonunda yenidən makiyaj edəsiniz.

Monitorun qarşısında uzun müddət əyləşən xanımlar nəmləndirici kremlərdən istifadə etməyi unutmamalıdırlar. Nəmləndirici kremi makiyaj etməzdən öncə də dəriyə çəkmək olar. Bu kremi çəkdikdən bir neçə dəqiqə sonra üzünüzə tonal krem çəkin.

Gözətrafı dərinin mühafizəsi məqsədilə axşamlar bir neçə proseduranı yerinə yetirə bilərsiniz. Bunun üçün kipriklərinizi qırpmadan gözlərinizi geniş açın-yumun. Bu proseduranı 10 dəfə

təkrar edin.

Həftədə iki dəfə duz ekstraktlı kompreslər edin. Yumşaq və isti məhlula batırılmış üz dəsmalını sifətinizdə 5-7 dəqiqə saxlayın. Məhlulu duzla yanaşı, cökə, nanəcövhər, çobanyastığı çiçəklərindən hazırlamaq olar.

Gündəlik menyunuza pomidor və kələm daxil edin. Alman alimləri sübut ediblər ki, bu tərəvəzlər sifəti kompüterin mənfi təsirindən qoruya biləcək ən yaxşı məhsullardır. Gün ərzində iki fincan yaşıl çay içməyi unutmayın. Bu, orqanizmə dəyən zərərin aradan qaldırılmasında əhəmiyyətli rola malikdir.

Kompüter olan otaqda havanın quru olmamasına diqqət yetirin. Bu məsələ qış aylarında daha aktualdır. Çünki qışda adətən otaqlar kondisioner vasitəsilə qızdırılır ki, bu da otaqda havanın qurumasına səbəb olur. Xüsusi vasitələrdən istifadə edərək otaqda havanın nəmliyinin saxlanılmasına diqqət yetirin.

Bundan başqa, çalışın ki, üzünüzü su kranından gələn su ilə yumayın. Ən yaxşı üsul mineral su ilə yuyunmaqdır. Lakin maddi vəziyyətiniz buna imkan vermirsə, onda suyu qaynatdıqdan sonra istifadə etməyə vərdiş edin. Bu zaman suya limon şirəsi, cökə, çobanyastığı, nanəcövhər əlavə edə bilərsiniz. Bu bitkiləri suda 5-10 dəqiqə qaynatdıqdan sonra soyudun, suyu süzün. Üzünüzü sabunla yumayın. Nəmləndirici və tərkibində spirt olmayan losyondan istifadə edin.

Evdə alma yeyərkən onun bir dilimini üzünüzə sürtməyi unutmayın. Masaj xətləri ilə almanın dilimini üzünüzdə gəzdirin. Bu məqsədlə dondurulmuş meyvə şirələrindən də istifadə edə bilərsiniz. Şirəni istifadəsi rahat olan qaba töküb soyuducuya qoyun. Səhərlər şirəli buz parçası ilə üzünüzü silin. Bir neçə dəqiqədən sonra üzünüzü təmiz su ilə yuyub makiyaja başlaya bilərsiniz.

loading...
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 530
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Catwoman666
komputerin ne qederrrr ziyanli oldugunu bilsem de yene de el ceke bilmirem. evde ceeemi 1ce gun internet olmayanda mamamla men doze bilmirik ki eeeyyyy niye internet yoxdu??ona gore de tez acidiririq internet baglananda. yeni deyeceyim odur ki ferq yoxdu artiq boyukden kiciye herr kes oyresib.
30 aprel 2015 13:10
10
Viking
Offline
Nezka
Kompyuterdən çox telefondam asılı qalıram
30 aprel 2015 13:09
9
İçimi görsən mənə aptek alarsan.
Offline
lelos
Teşekkürler xeber üçün
29 aprel 2015 15:54
8
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Offline
Lucia
Təşəkkürlər.
29 aprel 2015 15:09
7
Həyatdan heç zaman bəmbəyaz bir səhifə gözləmə!
Çünki ikinci səhifə belə,birincinin izlərini daşıyır...!
Offline
aliceWOnDer
Bu kaputer axırmıza cıxacaq cox istifadə edirəm
29 aprel 2015 14:26
6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Offline
vipbetul
lazimli melumat oldu
29 aprel 2015 13:18
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
emis
Kamputerin bədənə bu qədər ziyan vurduğunu bilmirdim yalnız gözlərə ziyan olduğunu düşünürdüm. Demək olar ki günümün yarıdan çoxunu kamputer qarşısında keçirirəm. Bunu bildiyimiz yaxşı oldu. Deməli qırışlar da yaradurmis bədəndə, təşəkkürlər
29 aprel 2015 11:49
4
Offline
ALESSANDRA
Mn evveller komputerin qabağında çox otururdum. Ancaq indi telde ve planşetimde çox otururammm
29 aprel 2015 11:00
3
Don't trust anyone ∆
Offline
Fialka
Faydalı məlumatlardı, nəzərə alsaq ki, kompyuter həyatımızın ayrılmaz hissəsidi, hər bir qadına lazımdı...
29 aprel 2015 10:42
2
Online
BARBI
Teesufki bu usullardan istifade etmirem . Kompyuter qarsisinda cox eylesmek heddinen artiq ziyandir
29 aprel 2015 10:38
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv