Qulaq çöpləri niyə təhlükəlidir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 12 220
Səs ver:
(səs: 6)
"Qulaq çöpü” adlandırdığımız pambıqlı çubuqlar qulaqlarımız üçün əsl təhlükə mənbəyidir. Bütün qulaq çöpü qutularının üzərində "Qulaq daxilinə salmaq olmaz!” xəbərdarlığı yazıldığı halda, qulağımızda kiçik bir qaşıntı olduğunda və ya hamamdan dərhal sonra qulaq çöplərini alırıq əlimizə, bacardığımız qədər salırıq qulaqlarımızın içinə "kir” çıxarmağa. Qulaq çöpləri vasitəsilə qulağımızdan çıxardığımız "kir”lər əslində qulağın özünü müdafiə etmək üçün ifraz etdiyi mayedir!

Qulaq kiri dediyimiz, özündə dəri töküntülərini də ehtiva edən bu maye, xarici qulaq yolundakı yağ bezləri tərəfindən çıxarılır. Əsas vəzifəsi, xarici qulaq dərisini sudan və iltihabdan qorumaqdır. Ancaq qulaq kirləri eyni zamanda çöldən gələn tozun və digər cisimlərin qulağın iç qisimlərinə getməsinin qarşısını alan bir təbəqə meydana gətirir. Buna görə həkimlər tərəfindən faydalı bir sekresiya qəbul edilir və bu sekresiya həddindən artıq olmadığı müddətcə təmizlənməsi tövsiyə edilmir.

Ekspertlər  qulaq kirinin qulaq üçün olduqca faydalı bir sekresiya olduğunu və qulaq çöpləri ilə qətiliklə təmizlənməməsi lazım olduğunu söyləyir. Əks halda qulaq mexanizmi pozulur və tamamilə eşitməni itirmə təhlükəsi yaranır.

Qulaq-Burun-Boğaz həkimi Ömər Faiq Sağın, qulaq kirinin adamdan adama dəyişdiyini söyləyir. Həkim, "Normal halda qulaq kiri xarici qulaq yolu dərisində iştirak edən ətlər tərəfindən içəridən çölə doğru daşınaraq bədən xaricinə atılır. Qulaq çöpləri və bənzəri cisimlərlə qulaq təmizləmə vərdişi olan kəslərdəsə bu mexanizm pozulur." deyir. Yəni bu kəslər əslində qulaqlarını təmizləmir, kiri içəri itələyib yığılmasına və tıxac meydana gəlməsinə səbəb olur. Tıxac meydana gəldiyində isə eşitmə itkisi, ağrı, anormal səs və ya zingildəmə, qulaqda xarici cisim hissi, üzmə və ya duş sonrası tıxanıqlıq şikayətləri ortaya çıxa bilir.

Qulaq çöpü ilə təmizləmə zamanı xarici qulaq yolu zədələnə və ya cızıla bilər. Bu zədələrə bakteriyalar asanlıqla hopub xarici qulaq infeksiyaları yarada bilər.

Unutmayın ki, qulaq pərdəsi təxminən 2.5-3 sm içəridə yerləşir, qulaq çöpü ilə ani bir hərəkət qulaq pərdəsinin cırılmasına səbəb ola bilər.

Bəs qulaqlarımızı necə təmizləməliyik?
Həkimin qulaq təmizliyi ilə əlaqədar tövsiyələri belədir: Xarici qulaq yolu girişinə gələn hissəni dəsmal kənarı, salfet və ya kiçik barmağınıza dolayacağınız bir parça pambıqla təmizləyə bilərsiniz. Tozlu mühitdə işləyənlər qulaq tıxacları istifadə edə bilər. Beləcə qulağa toz keçməsinin qarşısını alıb qulağın işini yüngülləşdirə bilərlər.

Bütün bunlara baxmayaraq qulağınız həddindən artıq çirklənirsə, bu çirk yığınının xarici qulaq yolunu tıxayaraq eşitməyə maneə törədə biləcəyini ifadə edir və əlavə edir: "Yaş artdıqca qulağın özünü təmizləmə sürəti yavaşlayır. Buna görə qulaq kiri yığılması çox olur. Bu vəziyyətlərdə qulağı həkim nəzarəti altında xüsusi alətlərlə təmizləyirlər."
(səs: 6)
Şərhlər: 9
Baxılıb: 12 220
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri