Hıçqırığı necə kəsməli?

Müəllif: yasemin
Şərhlər: 6
Baxılıb: 3 550
Səs ver:
(səs: 1)
Bəzən el arasında hıçqıran adama zarafatla "yenə nə oğurlamısan" sualı verilir. Ümid edilir ki, qəfil sualla adamı çaş-baş edib, hıçqırığını kəsmək olar...
   
Adam nə üçün hıçqırır? Hıçqırıq diafraqmanın spazmaları nəticəsində əmələ gəlir. Diafraqma qıc olmuş halda azalmağa başlayır, bunun arxasınca isə, qeyri-ixtiyari qısa nəfəs gəlir.
   
Hıçqırtının səbəbləri dəqiq məlum deyil. Məsələn, körpə süd əmdikdən sonra hıçqırmağa başlayanda, "qursaq atır" deyirlər, yəni mədəsini böyüdür.
   
Hıçqırtı qəflətən baş verir. Çox vaxt hıçqırmağa təzə doğulmuş uşaqlar meylli olur. Bu normal haldır və valideynlər bunun üçün narahat olmaya bilər. Yəni, əgər uşaqda belə bir problem varsa, qorxmaq lazım deyil.
   
Müşahidə olunub ki, hıçqırıq adətən qidanın və ya mayenin sürətlə udmağından yaranır, bu da əlavə havanın udmağına gətirib çıxardır.
   
Hıçqırıq qısa müddətdə və çox miqdarda yeyilən yağlı yeməkdən də irəli gələ bilər. Hıçqırığa çox əsəbiləşmək və həyəcanlanmaq da səbəb ola bilər.
   
Hıçqırığın dayandırılması üçün müxtəlif üsullar mövcuddur. Bəziləri hesab edir ki, insanı qorxudarkən hıçqırıq dayana bilər. Bu, yanlış fikirdir, qorxu özü də hıçqırmanın səbəbi ola bilər.
   
Hıçqırığın aradan qalxmasına çox şirin və ya buzlu su içmək, bir balaca parça buzu udmaq, limonun yarısını sormaq və ya asta-asta bir tikə boyat çörək yemək kömək edir.
   
Rus təbabətçiləri hıçqırığı kəsmək üçün belə məsləhət verirlər: xırda-xırda doğranmış dəfnə və albalı yarpaqlarının hərəsindən 10 qram götürülür və bir stəkan qaynar suda dəmlənir. Gündə bir neçə dəfə, hər dəfə də 20-25 damcı bir xörək qaşığı suya tökülərək içilir.
   
Hıçqırığı kəsməyin ən qədim və sadə üsullarından biri də qurtum-qurtum soyuq su içməkdir. Bu, sadə müalicə də hıçqırığı dəf edə bilər.
   
Zirəni soyuq suya töküb vam odda qaynadırlar. Ondan bir neçə dəfə qurtum-qurtum içmək olar.
   
Əgər hıçqırıq ara vermirsə, onda bir qədər badam yağı ilə şəkər qarışdırın və əzin - onu qəbul etsəniz, hıçqırıq kəsilər.
   
Şüyüdün gövdə və toxumunu qaynadıb qurtum-qurtum içmək də olar.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 550
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri