Vazelinin bu qədər faydalı olduğuna inanmayacaqsınız

Müəllif: aliceWOnDer
Şərhlər: 10
Baxılıb: 24 063
Səs ver:
(səs: 5)
Vazelinlə gözəlliyinizin qayğısına qala bilər, həmçinin həyatınız asanlaşdıra bilərsiniz.

Ənlik ilə göz altı arasında qalan bölgəyə almacıq sümüklərinizi başlayaraq bir az vazelin sürtün. Dəriniz ipək kimi parlaq görünəcəkdir.
 
Ətir istifadə etməzdən əvvəl həmin yerə bir az vazelin çəkin. Beləliklə, ətirin təsirini uzun müddət hiss edin.
 
Qaşların istədiyiniz istiqamətə yönəlməsi üçün barmaq ucları ilə bir az vazelin sürtün.
 
Hər gecə dodaqlarınıza bir az vazelin çəkib ,massaj etsəniz dodaqlarınıza möhtəşəm bir qulluq etmiş olarsınız.
 
Uzun və sıx kirpiklər üçün vazelinin ecazkar təsirindən istifadə edin. Köhnə tujun təmizlənmiş fırçası ilə vazelini kirpiklərinizə tətbiq edə bilərsiniz.
 
Azalmış olan dodaq boyasını (ya da qida boyasını) bir qabda vazelin ilə qarışdırdıqda yeni dodaq boyası əldə etmiş olarsınız.
 
Ayaqlarınızı yumşaltmaq üçün ən təsirli nəmləndirici olan vazelini istifadə etməyi unutmayın. Yatmazdan əvvəl ayaqlarınıza vazelin sürtün və corab geyinib yatın.
 
Bir parça şokolad  və bir az da vazelinı mikrodalğalı sobada əridin. Əridikdən sonra qarışdırın. Buyurun,parladıcınız hazırdır.
 
Bir az vazelin ilə makiyajnızı təmizləyib, sonra su ilə üzünüzü yuyun.
 
Vazelin döymənizin müntəzəm qayğısı üçün çox faydalıdır.
 
Vazelinin içinə dəniz duzu əlavə edərək bədən peeling-i edə bilərsiniz.
 
Saçlarınızın ucundakı qırıqlara vazelin ilə qulluq edə bilərsiniz.
 
Geyimlərdəki makiyaj ləkələrini vazelin istifadə edərək çıxara bilərsiniz.
 
Ayaqqabı və çantalarınızı vazelin ilə parladın.
 
Vazelinə bir az kirşan əlavə etdikdə dəri rəngi dodaq boyası olaraq istifadə edə bilərsiniz.
 
Dırnaq kənarlarına vazelin vursanız, buradakı dəri yumşaldaraq manikür təsiri yarada bilərsiniz.
 
Həssas göz dərinizə zərər vermədən taxma kirpikləri çıxarmaq istəyirsinizsə, bir az vazelin istifadə edin.
 
Ekzema varsa qaşıntını sakitləşdirmək üçün vazelin istifadə edə edin.
 
Pomada sürtmədən əvvəl dişlərə vazelin çəksəniz, dodaq boyasının dişlərinizə yapışmasına mane ola bilərsiniz.
(səs: 5)
Şərhlər: 10
Baxılıb: 24 063
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri