Yayda dözülməz istilər və qorunma üsulları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 552
Səs ver:
(səs: 3)
İşə gedərkən, işdən qayıdarkən, parklarda, küçələrdə, marşurutlarda və digər ictimai məkanlarda gündəlik müşahidələrimiz onu deməyə əsas verir ki, insanlar istilərdən əziyyət çəkir. Üzlərindəki "bu il hava çox istidir”, "istidən nəfəs almaq olmur” , "nə vaxt qış gələr, soyuqlar düşər nəfəs alarıq” kimi ifadələri oxumaq çətin deyildir. Hətta, dilə gəlib narahatlıqlarını sözlə ifadə edənlər də az deyil.. Belə məqamda izah etmək asan deyil ki, bu təbiidir. Çünki istidən əziyyət çəkən insana "bu normaldır” demək qarşı tərəfə xoş təsir etməyə bilər. Amma demək, izah etmək lazımdır ki, qarşıdan payız, sonra qış, daha sonra yaz və nəhayət yenə belə istilərlə bol olan yay fəsli gələcəkdir. Bu təbii olaraq, məntiqi olaraq baş verir. Bunu Yerin kürə formasında olması, Yer kürəsinin öz oxuna 66.5 dərəcə meyilli olması və Azərbaycanın 40 dərəcəli Şimal enliyində yerləşməsi əmələ gətirir. Azərbaycanın coğrafi cəhətdən yerləşdiyi mövqe ölkəmizdə 4 fəslin müşahidə olunmasına səbəb olur. Qeyd edək ki, bu rəngarənglik dünyada hər bir əraziyə aid deyildir. Azərbaycan ərazisinin 2/3 hissəsi subtropik iqlim qurşağında, qalan 1/3 hissəsi isə mülayim iqlim qurşağında yerləşdiyi üçün ekvatorial və arktik ərazilərdən fərqli olaraq bütün fəsillər aydın nəzərə çarpır. Belə olan məqamlarda insanlarımıza sadəcə fəsillərdə həmin fəslin təhlükələrinə effektiv davranış üsullarını çatdırmalıyıq.

Kütləvi İnformasiya Vasitələri ilə bu istiqamətdə möhkəm əməkdaşlığın qurulması insanlarımız üçün çox faydalıdır. Yaradılan şəraitdən istifadə edərək hazırda çox istilərdə sərinlənmək istəyən insanlara bəzi tövsiyyələrimizi çatdırırıq:

– İsti yay aylarında maye qəbulunu həkimlər də çox tövsiyyə edirlər. Bu zaman məqsədimiz sərinlənməkdirsə, bunun üçün soyuq mayelərin deyil, isti, ilıq mayelərin qəbulu tövsiyyə olunur. İsti maye insanı tez tərlədir. Tər vasitəsi ilə bədən səthindən buxarlanan su buxarı bədəndən istilik enerjisini özü ilə aparır. Nəticədə insana sərinlik bəxş edir. Həmçinin yay aylarında tez-tez duş qəbul edən insanlar da bunu soyuq su ilə deyil, isti su ilə həyata keçirməlidir.

– İkinci tövsiyyəm bilavasitə özüm tərəfindən də həyata keçirilən metoddur. Bunu süni "küləyin yaradılması” metodu adlandırıram. Xüsusilə torpaqla təmasda olan məkanlarda (həyət evlərində, bağ evlərində və s.) külək yaratmaq üçün kiçik, lokal ərazidə təzyiq fərqi yaratmaq lazımdır. Bunun üçün aşağıdakı işləri ardıcıl olaraq yerinə yetirmək lazımdır:

1) Sərinlik yaradacağımız yeri ( əksər hallarda əyləşib istirahət etməyi planlaşdırdığımız yeri – 12 – 20 kv m olmaqla) müəyyənləşdiririk.

2) Müəyyənləşdirdiyimiz yerin ətrafındakı torpağı su ilə rütubətləndiririk , və su ilə nəmləndirilmiş ərazi ilə müəyyənləşdirdiyimiz yeri sanki "mühasirəyə alırıq”. Çalışmaq lazımdır ki, su ilə yaratdığımız çevrənin diametri ən azı 5-6 metr olsun. Çevrənin mərkəzini isə quru saxlayırıq, hansı ki, o yerdə istirahət edəcəyimizi planlaşdırmışıq.

3) Beləliklə rütubətləndirdiyimiz ərazidə torpaq nisbətən soyuyur – nəticədə yüksək təzyiq sahəsi yaranır, Quru saxladığımız planlaşdırdığımız ərazidə isə torpağın temperaturu isti qaldığından burada alçaq təzyiq sahəsi yaranır. Bunun nəticəsində havanın yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru yerdəyişməsi yaranır ki, buna külək deyilir. Hər tərəfdən istirahət etdiyimiz yerə dogru küləyin istiqamətlənməsi sərinləmək üçün optimal şərait yaratmış olur.

Ümid edirəm, bu yazımla az da olsa insanlarımıza kömək edə bildim. Bu məlumatı dəstlarımız, həmkarlarımızla da paylaşaq ki, istilərin mənfi təsirlərini nisbətən azalda bilək.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 2 552
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri