Gözəl keks bişirmənin sirləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 7 468
Səs ver:
(səs: 4)
1 - İstifadə ediləcək vəsaitlər otaq istiliyində olmalıdır, çünki soyuq istifadə edilən vəsaitlər keksin qabarmasını önləyir.Vəsaitlərin soyuducuda və yaxud soyuq olan yerdə olanlarını ən az 1 saat öncədən çıxarmalıyıq.

2 - Keks edərkən istifadə etdiyiniz vəsaitlərin təzə və son istifadə tarixlərinin keçməmiş olmasına diqqət edək.

3 - Kek qəlibini yağlamalı və unlamalıyıq.

4 - Keksləri sobaya vermədən əvvəl sobanı mütləq isitməliyik.

5 - Yumurtaları krem konsistensiyasına gələnə qədər çırpmalıyıq.

6 - Şəkər tozu istifadə edərkən əriməsi üçün yaxşıca çırpmalıyıq.

7 - Yumurta və şəkər tozunun çox yaxşı çırpılması keksin kabarmasında təsirli olmaqdadır.

8 - Yumurtanın ağı və sarısını ayrı-ayrı çırpılması, keksin kabarmasında daha da təsirli olur.
 
9 - Un və digər quru vəsaitləri ələyərək istifadə edək.

10 - Keksi 150-180 dərəcə arasında bişirməmiz lazımdır.

11 - Keksi qəlibdən çıxararkən nə çox isti, nə də çox soyuq olmamalıdır. İlıq olduğu zaman qəlibdən çıxardaq.

12 - Keks xəmiri qatı konsistensiyada olmalıdır.

13 - Keksi sobaya verincə ilk 20 dəqiqə qapağını açmamalıyıq, yoxsa keks sönər.

14 - Bişən keksi dərhal sobadan çıxarmamalıyıq, çünki soyuq hava ilə təmas edən kekslər sönər. Keks bişdikdən sonra sobanı bağlayıb 5 - 10 dəqiqə sobada istirahət etdirin.

15 - Keksi sobanın alt qatında bişirməliyik.

16 - Keksdə meyvə, quru üzüm, quru ərik və s. istifadə ediriksə quru olmalarına diqqət edək,quru deyillərsə una bulayıb istifadə edək.

17 - Keksi hazırlayarkən 1 - 2 damla limon sıxsanız keksin kabarmasında təsirli olur.

18 - Keksi süd ilə etsəniz,daha yaş görünüşlü olar. Yaş keks, kakaolu keks və buna bənzər keks edərkən südü seçim etməliyik.

19 - Keksi qatıq ilə etsəniz, daha quru və sərt olur. Ümumiyyətlə sadə kekslər qatıq ilə birlikdə həyata keçirilir.
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 7 468
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri