Qəhvədən çox fərqli məqsədlər üçün istifadə etmək olar

Müəllif: aLoNe AnGeL
Şərhlər: 6
Baxılıb: 2 505
Səs ver:
(səs: 2)
Gübrə kimi təsir göstərir
Türk qəhvəsini içdikdən sonra dibində yığılıb qalan çöküntünü dibçəklərinizin dibinə tökün. Qəhvə gübrə kimi təsir göstərərək bitkinin daha yaşıl və sağlam görünməsini təmin edəcək.

Mebellərdəki ləkələri təmizləyir
Qəhvə tozunun üzərinə bir az su tökün və bu qarışıqla mebellərinizdəki ləkələri təmizləyin. Qəhvə həm də mebellərdəki cızıqları yox edir.

Saçları yumşaldır, parlaqlıq verir
Qəhvə ilə saçlara qulluq etmək olar. Belə ki, qəhvə saçları yumuşaldır, daha parlaq görünməsini təmin edir. Saçlarınızı şampunla yuyub təmizlədikdən sonra qəhvəni uclarına çəkin.

Bitləri və birələri uzaqlaşdırır
Qəhvə heyvansevərlərin də köməkçisidir. Çünki qəhvə bit və birələri heyvanlardan uzaqlaşdırır. Əgər it saxlayırsınızsa, onu çimizdirdikdən sonra üzərinə qəhvə çöküntüsü töküb 5 dəqiqə gözləyin. Daha sonra heyvanın tüklərini su ilə qəhvədən təmizləyin.  Beləliklə, itinizi qaşınmaqdan xilas edəcəksiniz.

Pişiklərdən xilas olun
Xüsusilə həyət evlərində yaşayanlar ətrafdakı pişiklərdən narahat ola bilərlər. Pişiklərin evinizə girməsini istəmirsinizsə, qapı və pəncərələrin ətrafına qəhvə tozu səpin.

Soyuducudakı pis qoxuları aradan qaldırır
Bəzən soyuducuda xoşagəlməz qoxular hiss olunur. Həmin qoxunu aradan qaldırmaq üçün qəhvə ən yaxşı vasitələrdəndir. Kiçik bir qabın içərisinə qəhvə tozu töküb soyuducuya qoyun. Qəhvə 24 saat içərisində bütün qoxuları yox edəcək.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 505
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri