Saralmış krujevalı örtükləri necə ağartmaq olar?

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 2 967
Səs ver:
(səs: 0)
Bir zamanlar ev dekorasiyasının əsas hissələrindən olan krujevalı örtüklər əvvəlki kimi olmasa da, evin bəzəyində tutduğu yeri hələ də qoruyub saxlayır. Lakin zaman keçdikcə onlar əvvəlki kimi parlaq olmurlar. Bəs saralmış krujevalı örtükləri necə ağartmaq olar?

Krujevalı örtüklər qəhvə stolları, vitrin, yataq və yemək örtüklərində, hətta pərdələrdə də istifadə edilir. Əgər müasir dizaynlı evlərdə hələ də krujevalı örtüklərdən istifadə edirsinizsə, baxımlarına çox diqqət etməlisiniz. Bəlkə də məhz sizin krujevalı örtükləriniz gələcəyə qalacaq.  

Krujevalı örtüklər necə təmizlənir?
İncə materialdan hazırlandıqları üçün krujevalı örtüklərin təbii üsulla təmizlənməsi məsləhət görülür. Beləcə, bəzəkli ev aksessuarlarınızın ömrünü uzatmış olarsınız.

Bunun üçün 1 litr suya yarım yemək qaşığı indigo (zərif parçaları yumaq üçün yuyucu məhlul) qatın. Krujevalı örtüyü bu suda yuyun. Sonra soyuq suda durulayın və qurudun. Eyni qarışığa 1 çay qaşığı limon suyu qataraq da istifadə edə bilərsiniz.

Krujevalı örtüklər üçün bol duz atılmış ilıq su hazırlayın və  2-3 saat həmin suda saxlayın. Sonra soyuq suda durulayın.

1 litr südü qaynadıb soyumağa qoyun. İlıq hala gələn südə iki dilim qənd atın. Krujevalı örtükləri həmin süddə yuyun, 2-3 saat duzlu suda saxlayın və durulayın. Daha sonra nəmliykən üzərinə tülbənd sərərək ütüləyin.

İsti suya bir az sabun, bir az da duz əlavə edin. Saralmış krujevalı örtükləri bu suda 2-3 saat saxlayın. Sonra bol su ilə qurulayın
 
Bu üsullardan istifadə edərək krujevalı örtüklərinizi təmizləyin və uzun illər istifadə edin.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 967
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri