Həyatınızı asanlaşdıran praktik məlumatlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 1 894
Səs ver:
(səs: 3)
Təqdim etdiyimiz bəzi ipucuları inanılmaz şəkildə işinizə yarayacaq.
Həyatınızı asanlaşdıran həmin praktik məlumatlardan bəzilərini təqdim edirik.

- Ağrıyan başınızı bir yaylıqla möhkəm bağlayanda rahatlayırsınızsa, deməli, ağrının səbəbi stressdir. Stresslə bağlı baş ağrılarına qarşı ton balığı, yumurta və brokoli yeyin.

- Bibərin acılığını anlamaq üçün saplağına baxmanız kifayətdir. Saplaqların sayı beşdən çoxdursa, deməli, çox acıdır.

- Anidən ad gününə dəvət olunmusunuzsa və ad günü olan şəxs qadındırsa, güzgü alın. Ən mənalı hədiyyə şıq güzgülərdir. Çünki bir hədiyyə olaraq verilən güzgü "Səndən daha gözəl bir hədiyyə olmaz!” mənasını verir.

- İstiylə bağlı baş ağrı problemi yaşayırsınızsa, duşdan çıxmadan əvvəl ayaqlarınızı soyuq su ilə yuyun.

- Ləzzətli bir çay üçün çayı stəkana yuxarıdan və yavaşca tökün.

- Soğan doğrayarkən gözlərinizin daha az yaşarması üçün soğanları doğramadan əvvəl soyuducuda saxlayın.

- Hörümçəklərlə başınız dərddədirsə, yardımçınız limon ola bilər. Hörümçəklərin tor qurduqları yerə limon qoyub onları uzaqlaşdıra bilərsiniz.

- Çox tərləməkdən şikayət edirsinizsə, gündə bir neçə stəkan adaçayı için.

- Ananas güclü ağrıkəsicidir.

- Bir şey axtararkən gözlərinizi sağdan sola doğru gəzdirin, Beyin tərs istiqamətdə oxumağa vərdiş etdiyi üçün gözünüzə çox şey sataşacaq.

- Geyimlərin rəngini qorumaq üçün paltaryuyanın içinə bir çimdik duz qatın.

- Düzgün və zərif bir bədən üçün müntəzəm qara şokolad yeyin. Bu qadınlar digərlərindən fərqli olaraq daha arıq və xoşbəxtdirlər.

- Sıx bağlanan qalstuk baş ağrısı, diqqət pozğunluğu, beyin və boyun problemlərinə səbəb olur.

- Dezodorant ləkələrini təmizləmək üçün ləkəli parçaya başqa bir paça sürtün.

- Zaman-zaman dostlarınızın sizdən uzaqlaşdığını düşünürsünüzsə, depressiyanın ilk mərhələsindəsiniz.

- Dolmalıq bibər seçərkən diqqət edin. Dolmalıq bibərin alt qismindəki çıxımı üçdürsə, erkək, dörddürsə dişidir. Erkək olan bişirməyə, dişi isə çiy yeməyə daha uyğundur.

- Gözəl bir bədən üçün alma yeyin. Alma hərəkətsizliyin səbəb olduğu sümük əriməsini əngəlləyər, bədənin daha yaxşı görünməsini təmin edir.

- Kivi daha çox xoşbəxtlik hormonun ifrazına yardım edir və müsbət əhval bəxş edir.

- Bir-birinə dolaşmış zəncirli aksessuarları açmaq üçün üzərinə uşaq pudrası tökün. Daha tez açılacaq.

- Spirtli içki qəbulunda həddi aşmısınızsa, yatmadan əvvəl banan yeyin. Səhərlər yaşana biləcək baş ağrısı və ürək bulanmasının qarşısını alır.

- Saçlarınız cansız görünürsə, uşaq pudrası istifadə edin. Pudra saçınızdakı artıq yağı çəkib, saç tellərinizi daha qalın göstərəcək.

- Stressi azaldıb qan təzyiqini aşağı salmanın ən asan yolu sevdiyiniz birini qucaqlamaqdır.

- Həşərat dişləmələri zamanı qəndi isladıb dişlənən yerə qoyun, qaşıntı və şişkinlik başlamadan qarşısını alın.

- Sobadakı getməyən yemək ləkələrindən xilas olmaq üçün bir parça soğanla ləkəni ovub təmizləyin.

- Fasilələrlə soyuq duş qəbul etmək psixoloji fərəhlik bəxş edir, immuniteti gücləndirir, dəri və saçların daha sağlam görünməsinə yardım edir.

- Sağlam bir pəhriz üçün yemək yediyiniz əlinizə diqqət edin. Daha az yemək istəyirsinizsə, normal günlərdə istifadə etdiyiniz əlinizlə deyil, digər əlinizlə yeməyə çalışın.

- İdmandan sonra əzələləri rahatlatmaq və yorğunluğu atmaq üçün albalı suyu için.

- Araşdırmalara görə, fiziki təmizlik əqli təmizliyə də yardım edir.

- Paltarların yaxşı qoxu saçması üçün ütü suyuna ətrinizdən damcıladın.

- Ütüləmək müddətini qısaltmaq üçün ütü masasının altına falqa sərin.

- Səhərlər yorğun oyanırsınızsa, gicgahlarınızı bir neçə damcı nanə yağı ilə ovun.

(Səs sayı: 0)
Müəllif: Anonim2015 Baxış sayi: 136 20.09.2015
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 1 894
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri