Fərqli çay içmək istərdinizmi?

Müəllif: acisko
Şərhlər: 5
Baxılıb: 3 669
Səs ver:
(səs: 0)
Öyrəşdiyimiz çay dadını fərqli halda içsək yaxşı olmazmı?

Darçınlı vanil çayı - 2-3 çay qaşığı qara çaya 1 çay qaşığı vanilli şəkər, bıçaq ucu qədər darçın və qaynar su əlavə edib 5-10 dəqiqəlik dəmə qoyun.

Mixək vanil və darçınlı zərif çay - 2 çay qaşığı çaya çay qaşığının ucunda vanil və darçın 3 ədəd mixək və qaynar su əlavə edib 10 dəqiqəlik dəmə qoyun. Limonla içilir.

İstiotlu ballı çay - 2 çay qaşığı quru çaya bıçaq ucu qədər qara istiot və qaynar su əlavə edib on dəqiqəlik dəmə qoyun. İki çay qaşığı bal elavə edib icə bilərsiniz. Bu çay həm də soyuqdəymə zamanı da xeyrlidir.

Zəncəfilli çay - İki çay qaşığı quru çaya bir çimdik zəncəfil və qaynar su əlavə edib dəmləyin. Hazır olduqdan sonra yenə yarım çimdik zəncəfil əlavə edib, qarışdırın. Xurma ilə çayınızı rahat içə bilərsiniz.

Zəncəfilli darçınlı çay - 3 ədət mixək 1 çimdik zəncəfil 0,5 litr su əlavə edib qaynadın. Ətirli suyu 15-20 qr quru çayla dəmlədikdən sonra portağal şirəsi 30 qr səkər və yarım limonun suyu ilə qarışdırıb isidin və qəbul edin.

Zərif soyuq çay - 2 xörək qaşığı quru çay, 1 çay qaşığı zəncəfil bir çimdik darçın, 4 ədəd mixək, yarım çay qaşığı quru nanə, şəkər (isdəyinizə uyğun miqdarda) 3 ədəd limon suyu buz. Quru çay və ədvaları dəmləyin. Dəmlədikdən sonra şəkər əlavə edib soyudun sonra limon suyu və 1 1.5 litr qazlı yaxud qazsız su əlavə edib içə bilərsiniz.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 669
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri