Yumşaq oyuncaqları ev şəraitində təmizlənmə üsulları

Müəllif: ALESSANDRA
Şərhlər:
Baxılıb: 667
Paylaş:
Səs ver:
(səs: 4)
Yumşaq oyuncaqların təmizləməsini yaxşı olar ki, qışda həyata keçirəsiniz, çünki bu zaman oyuncağı bir müddət şaxtada saxlaya bilərsiniz. Körpə və ya bir az böyük uşaqlar yumşaq oyuncaqları çox sevirlər.

Oyuncaqların çoxu təzə olsa da, onlardan bəziləri onlara valideynlərindən, böyük bacı qardaşlarından qalır. Buna görə valideynlər bu oyuncaqları tozdan  daim təmizləməlidir. Sizə yumşaq oyuncaqların təmizləməsinin ən təsirli metodlarını təqdim edirik.

Maşında yuma. İlk olaraq parçanın və oyuncağın içinin tərkibi ilə tanış olmaq lazımdır ki, onu maşında yumağın mümkün olub olmadığını aydınlaşdırasınız. Yun və xəzdən olan oyuncaqları paltaryuyan maşında yumaq məsləhət deyil.
Məsləhət:Sonra oyuncağın sökük yerlərini yoxlayıb onları tikmək lazımdır. Bundan sonra oyuncağı yumaq üçün ya balışüzüyə, ya da ki, xüsusi kisəyə yerləşdirin. Bu həm oyuncağı qoruyacaq, həm də ki, paltaryuyan maşını. Oyuncaqları yuyarkən maksimal yumşaq yuyucu vasitə seçmək lazımdır. Yuma çox isti suda olmamalıdır, çünki bu oyuncağı rəngini apara bilər.

Quru təmizləmə. Əgər oyuncaq çox çirkli deyilsə, bu zaman ona quru təmizləmə kifayət edər. Bu prosedur üçün böyük plastik paket, qida sodası və yumşaq şotka tapmaq lazımdır. 2-3 orta ölçülü oyuncaq üçün yarım stəkan soda götürmək lazımdır. Sonra oyuncağı paketə yerləşdirib üzərinə soda tökün.

Paketin ağzını bağlayıb təxminən bir dəqiqə onu kifayət qədər güc ilə silkələyin. Son olaraq isə oyuncağı paketdən çıxarın və yumşaq şotka ilə onu soda və çirkdən təmizləyin.

Məsləhət: Paltaryuyan maşına yerləşməyən iri oyuncaqları, tozsoranın yumşaq mebel üçün xüsusi taxmaları vasitəsi ilə təmizləmək olar.

Məsləhət: Paltaryuyan maşına yerləşməyən iri oyuncaqları, tozsoranın yumşaq mebel üçün xüsusi taxmaları vasitəsi ilə təmizləmək olar.oyuncaq-temizleme

Soyuqla təmizləmə. Bu üsul daha çox köhnə oyuncaqlar üçün yararlıdır ki, ehtimal ki, onlarda tozdan başqa gənələr də artıq yer salıb. Bu həşəratları soyuq öldürür, buna görə onları güclü şaxta vaxtı eyvandan asa bilərsiniz. Hava isti olduqda isə siz oyuncağı polietilen paketə yerləşdirib bir gecəlik soyuducunun dondurma kamerasına yerləşdirə bilərsiniz.

Kimyəvi təmizləmə. Əgər oyuncaq sizin üçün çox əzizdirsə və siz onu heç cür təmizləyə bilmirsinizsə, bu zaman kimyəvi təmizləmə məntəqələrinə müraciət edin. Lakin bu zaman həmin məntəqələrin hansı vasitələrdən istifadə etdiklərini dəqiqləşdirin, çünki bir çox vasitələrin buxarı uşaq orqanizminə çox pis təsir edir.

loading...
(səs: 4)
Şərhlər:
Baxılıb: 667
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv