32 dişiniz yoxdursa…

Müəllif: Fialka
Şərhlər: 6
Baxılıb: 2 363
Səs ver:
(səs: 4)
Ağızda dişlərin sayının normadan az olması bəzi sağlamlıq problemlərinə yol açır.
 
Mütəxəssislər hesab edir ki, dişlərinizi çəkdirdikdən sonra yerinə yeni diş qoydurmamısınızsa, müəyyən problemlərlə üzləşməyə hazır olun.
 
Ağızda dişlərin sayının az olması ilk növbədə kökəlməyə səbəb olur. Çünki qidaları kifayət qədər  çeynəyə bilmirlər. Bu isə beynə doyma hissinin daha gec çatmasına səbəb olur. Həzm sistemi zəiflədiyindən kökəlmə baş verir.
 
Ağızda dişlərin əskik olması sağlam dişlər üçün də təhlükə mənbəyidir. Belə ki, sağlam dişlər bir müddət sonra ya yan tərəflərə əyilir, ya da həddən artıq yük düşdüyü üçün tez çürüyür.
 
Diş əskikliyi səbəbilə bəziləri qidaları ağzın bir tərəfində çeynəyirlər. Bu isə çənəyə həddən artıq yük düşməsinə, çənə sümüyünün deformasıyasına gətirib çıxarır. Bununla yanaşı, qidalar yaxşı çeynənilmədiyi üçün mədədə qastrit və ya mədə xorası yaranır.
 
Əskik dişlər xarici görkəmi də korlayır. Belə ki, bəziləri ön dişlərin qayğısına qalır, arxa dişlərin əskikliyinin görünmədiyini düşünür. Ancaq arxa dişlərdən bir neçəsi əskik olduqda yanaqlar çökür, üz dərisi daha tez qırışır. Əskik dişlər sizi olduğunuzdan daha yaşlı göstərir.
 
Həkimlərin sözlərinə görə, əskik diş psixoloji cəhətdən də mənfi təsir edir. Belə ki, ağızda dişlərin olmaması insanı utandırır, özünə inamı azaldır.
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 2 363
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri