Saç fırçasını necə təmizləmək olar?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 244
Səs ver:
(səs: 3)
Saç fırçaları tez-tez istifadə etdiyimiz məişət əşyalarından biridir.

Lazım olan materiallar:
Saç fırçası
Şampun yaxud maye sabun
Dəsmal
İşlənmiş bir diş fırçası

İlk olaraq saçları fırçadan təmizləməklə başlayın. Bütün saçlar təmizlənənə qədər əllərinizlə fırçanın təmizliyinə davam edin. Fırçaya bir az şampun töküb yavaş-yavaş ovxalayın.

Şampun istifadə etməniz şərt deyil. Həmçinin maye sabun yaxud duş gelindən də istifadə edə bilərsiniz. Şampuanlama prosesi bitdikdən sonra fırçanızı bol su ilə yaxşı yaxalayın.
Son addım isə fırçanızı qurulamaqdır. Bunun üçün istər quru bir dəsmal istərsədə saç qurudan fenin sərin havasından istifadə edə bilərsiniz.
Fırçanızı qurudarkən fenin isti havasından istifadə etməyin çünkü belə olan halda fırçaya və tüklərin dibinə zərər vermiş olarsınız.
Fırça tamamilə quru hala gələndə, təkrar istifadə etməyə hazır olacaq.

2. Saç fırçanız uzun müddət təmizlənməmişdirsə, əlinizlə saçları çıxarmaq çətin olursa, bu halda ən məntiqli üsul daraq üzərində yığılmış tükləri kəsməkdir.
Birinci addım diqqətli bir şəkildə, fırçaya zərər vermədən saçların kəsib, çıxarın.
İkinci addım olaraq saç fırçasına bir az maye sabun və ya şampun töküb köhnə bir diş fırçası ilə darağınızı ovxalayın.
Suyu israf etməməyə diqqət edərək fırçanızı səliqli şəkildə yaxalayıb, sabundan və çirkdən təmizləyin.
Yuxarıda qeyd etdiyimiz eyni qayda ilə fırçanızı qurudub istifadə edə birəsiniz.

3. Taxtadan hazırlanmış bahalı saç fırçanız varsa və tamamilə suya salmaq istəmirsinizsə, fırçadan saç tüklərini çıxardıqdan sonra, dəsmalı bir az isladıb, fırçanızı yalnız silməklə kifayətlənin.
Fırçanızı sildikdən sonra, ona bir neçə damcı çay ağacı yağı çəkin, bu yağ antiseptik və anti bakteriyal xüsusiyyətləri ilə fırçanızı mikroblardan təmizləyəcək.
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 2 244
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri