Qırılmış göz kölgənizi yenidən istifadəyə yararlı hala gətirməyin yolları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 033
Səs ver:
(səs: 3)
Ən sevdiyiniz göz kölgəniz səhvən qırıldı? Narahat olmağa dəyməz. Məsləhətlərimiz ilə göz kölgənizi əvvəlki halına qaytara bilərsiniz. Qablaşdırılmasında çox möhkəm imiş kimi görünən göz kölgələri, əslində çox asan qırılmağa meyillidir. Hər hansı bir yerə çırpıldığı zaman, səhvən yerə düşdükdə qırılma və ya çatlama baş verə bilər. Hər gün istifadə etdiyiniz ən sevimli göz kölgənizi qırılmış halda gördüyünüz zaman nə hiss etdiyinizi anlaya bilirik. Amma bu qədər narahat olmağa əsas yoxdur. Çünki bunun da bir həlli var.

İlk addım.
Onu əzin. Qırılmış göz kölgəsini düzəltmək üçün ən başdan başlamaq lazımdır. Onu bir qələmin köməkliyi ilə toz halına gələnədək əzin.

İkinci addım.
Spirt əlavə edin. Əzdiyiniz göz kölgəsinə bir neçə damcı saf spirt əlavə edin.

Üçüncü addım.
Qarışdırın. Kiçik bir çubuğun köməkliyi ilə onu yaxşıca qarışdırın. Krem kimi yaş bir qum qatılığı almalıdır. Lazım olarsa, bir neçə damcı da spirt əlavə edin. Spirti həddindən çox istifadə etməməyə diqqət edin.

Dördüncü addım.
Onu yaxşıca presləyin. Bir qəpiyi təmiz bir parça ilə bağlayın və göz kölgəsinin özərinə 30 saniyə sıxın. Beləcə göz kölgənizin üzərindəki parça izi də ona professional bir görünüş verəcək.Kənarlara bulaşmış göz kölgəsi qalıqlarını da salfetlə silərək təmizləyin.

Sonuncu addım.
Gözləyin. Son mərhələyə gəlib çatdıq. Bundan sonra etməli olduğunuz tək şey bir az səbr etməkdir. Göz kölgəsini düz bir səthə üstü açıq şəkildə yerləşdirin. Ən az 10 saat gözləyin. Spirtin uçması və göz kölgəsinin tamamilə quruması üçün bu olduqca vacibdir.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 2 033
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri