Çuğundurun tez hazırlanması

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 107
Səs ver:
(səs: 3)
Çuğundur - məşur salat tərəvəzidir. Veneqret, şuba və digər bu kimi klassik salatların əsas inqredienti çuğundurdur. Bildiyimiz kimi bu tərəvəz salatlarda artıq bişirilmiş halda istifadə edilir. Çuğundur gec bişir və bəzi sirləri bilməklə onun bişmə vaxtını 2-3 saatdan 10-45 dəqiqəyə qədər azaltmaq mümkün olar.
Üsul 1. Çuğundur 30 dəqiqə qaynadılandan sonra 15 dəqiqəlik buzlu suda saxlanılır. Bu cür sərt temperatur fərqi çuğunduru hazır vəziyyətə gətirəcək. Bundan əlavə bu üsulla hazırlanan çuğunduru təmizləmək daha rahatdır.
Üsul 2. Çuğunduru mikrodalğalı sobada bişirmək. Bişirilmiş çuğundur qaynadılmış çuğundurdan daha şirindir və o özündə daha çox vitamin saxlaya bilir. Bu üsulla tərəvəzin hazırlanmasına 7 dəqiqədən 20 dəqiqəyədək vaxt gedə bilər. Bu vaxt tərəvəzin ölçüsündən və mikrodalğalı sobanın gücündən asılıdır.
Əvvəlcədən çuğundur yuyulur, bir neçə yerindən çəngəl ilə dəliklər açılır və xüsusi boşqaba qoyaraq qapağı bağlanıb mikrodalğalı sobaya yerləşdirilir. İri tərəvəzi tez hazırlamaq üçün əvvəlcədən onu dörd yerə kəsmək olar. Mikrodalğalı sobada bişirdikdə, 7 dəqiqədən sonra çəngəl ilə yoxlamaq lazımdır. Əgər çəngəl çuğunduru sərbəst deşirsə, deməli tərəvəz hazırdır. Əks halda o yenidən 5 dəqiqəlik sobaya qaytarılır.
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 2 107
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri