Kakaonun hazırlanma qaydası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 727
Səs ver:
(səs: 1)
Klassik südlü kakao hazırlanmasında inqredientlərin hesabı: 200 ml südə 1-2 çay qaşığı kakao tozu və 1-2 çay qaşığı şəkər tozudur. İçkiyə daha çox şəkər tozunun qatılması natural kakao dadını itirə bilər.
Hazırlanması
Qazanda lazımı miqdarda kakao və şəkər tozu yaxşı qarışdırılır. Üzərinə bir qədər qaynar su və ya qaynar süd əlavə edib, qabarıqsız şokoladlı məhlul alınana qədər bir daha qarışdırılır. Qazana qaynar süd əlavə edib, dayanmadan qarışdıraraq qaynadılır. İçki oddan götürülüb stəkanlara süzülür.
Əlbəttə, digər üsul ilə də hazırlamaq olar: kakao və şəkər tozunu südə əlavə edib, bundan sonra uzun müddət qarışdırmaq. Lakin belə halda içkidə qabarıqların əmələ gəlməsi bəzən qaçılmazdır.
İçki daha da dietik alınması üçün südü su ilə 1,5:0,5 və ya 1:1 nisbətində qarışdırmaq olar.
Bəzən kakao istehsalçıları kakaonun südsüz, yalnız suda hazırlanmasının mümkünlüyünü istisna etmirlər. Lakin bu üsul kakao tozunun yüz faizdik olduğu halda düzgün hesab edilə bilər.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 727
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri