Yumurtanın sarısını ağından ayırma üsulları

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 555
Səs ver:
(səs: 4)
Mütləq yumurta alarkən onun təzəliyinə fikir verin. Nə qədər yumurta təzə olsa bir o qədər sarısı daha sıx ağına bitişik olur və daha rahat ayrılır.
Bıçağın küt tərəfi ilə və ya çəngəl ilə yumurta tən ortadan sındırılır, sonra isə iki yerə ayrılır. Belə halda ağın bir hissəsi boşqaba tökülür, digər hissəsini tökmək üçün isə sarını yumurta qabığı ilə saxlayıb bir qədər əyirik qaba tərəf.

Ən asan üsul - əllərinizin ikisinidə birləşdirib, yumurtanı sındırıb əllərinizə töküb və yumurtanın ağını barmaqlarınızın arasından axıtmaqdır. Lakin bu üsulda əlləriniz batacaq.

Digər üsul isə bir qədər bacarıq tələb edir. Yumurtanı sındırandan sonra, sarısını ehtiyyatla bir qabıqdan o birisinə keçirməkdir. Bir neçə dəfə belə etdikdə yumurtanın ağı tamamilə töküləcək.
Üçüncü üsul isə - xüsusi cihazın köməyindən istifadə etməkdir. Məsələn yumurta "tapancası".

Və bu cihazın işləmə prinsipi ilə tanış olduqda, məlum olur ki adi 2 litr həcmində olan "Coca Cola" va ya digər plastik butulka vasitəsi ilə də yumurtanın sarısını ayırmaq mümkündür. Bunun üçün yumurta sındırılıb bir boşqaba boşaldılır, sonra butulkanı biraz sıxıb və ağzını sarısına yaxınlaşdırıb sıxmanı azaltmaq lazımdır. Bu halda yumurtanın sarısı rahatlıqla butulkaya keçəcək və onu digər boşqaba yerləşdirmək asan olacaq.

(səs: 4)
Şərhlər: 7
Baxılıb: 2 555
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri