Hər
bir elektron cihaz kimi kompüterlərimizin da ömrü var. Bu ömrün
azaldığını sürətlərini yavaşlayaraq, normaldan yüksək səs çıxararaq və
ya səhv mesajları vasitəsilə müntəzəm olaraq xatırladırlar. Ancaq, bu
anın vaxtından daha əvvəl baş verməməsi üçün bəzi addımları atmalı və
diqqətsizlik etməyərək, kompüterinizə düzgün qulluq etməlisiniz.
Tez-tez edilən və kompüterin xarab olmasına səbəb olan 7 əsas faktoru sizə təqdim edirik:
1. Səhv havalandırma
Bütün
kompüterlər işlədikləri müddət ərzində yaranan istiliyi çölə atmağa
yönəlmiş havalandırma sistemlərinə və hava dəliklərinə malikdir. Ancaq
bu dəliklər asanlıqla bağlana bilər. Məsələn, kompüterinizi masanın
altına, divarın bitişiyində yerləşdirmək hava cərəyanını yavaşlada
bilər. Laptop’ların hava dəlikləri isə altlıqlarında yerləşir. Buna görə
də laptop’unuzu qucağınızda və ya yastıq kimi yumşaq səthlərdə istifadə
edirsinizsə, havanın daxil olmasına mane olursunuz.
2. Toz yığılması
Bu
bir çox kompüterin ömrünün azalmasına səbəb olan əsas faktorlardan
biridir. Kompüterinizi tez-tez təmizləməyə və tozlu yerlərdən uzaq
tutmağa çalışın.
3. Çıxan kabellər
Xüsusilə
çöldəki kabellər asanlıqla boşalıb, çıxa bilərlər. PC problemlərinin
əhəmiyyətli bir qismi bundan qaynaqlanır. Təchizat problemləri
yaşayırsınızsa, korpus içərisindəki kabellərin ana plataya düzgün
şəkildə bağlanıb-bağlanmadığına da nəzarət edin.
4. Elektrik dalğalanmaları
Elektrik
dalğalanmalarının bir neçə nəticəsi ola bilər. Bu hal bəzən elektron
avadanlıqlarınızın ziyan görməsinə, ən pisi isə kompüterinizin
platasının yanmasına səbəb ola bilər. Buna qarşı cihazınızı qoruyan
Stabilizator (Surge Protector) kimi qurğulardan istifadə edə bilərsiniz.
5. İşığın sönməsi
İşığın
sönməsii həm də məlumatlarınızın itkisinə səbəb ola bilər. Bəzi
hallarda sərt disk və SSD-lər də bu səbəbdən zərər görə bilər. Həlli isə
kəsintisiz elektrik enerjisi istifadə etməkdən keçir -UPS kimi. Bu
cihazlar bir neçə dəqiqəlik əlavə güc təmin edir və siz PC-nizi
rahatlıqla söndürə bilirsiniz.
6. Fiziki zərər
PC-nizə
fiziki zərər yetirməyin yaxşı bir şey olmadığını deməyə ehtiyac yoxdur.
Xüsusilə laptopun harasa dəyməsi sərt diskə zərər vura bilər. Laptop
üzərinə su töksəniz məlumatı itirməyə bilərsiniz, həm də nəm vaxt
keçdikcə paslanmaya səbəb olaraq, diskinizi xarab edə bilər.
7. Lazımsız proqramlar
Kompüterinizi
lazımsız proqramlardan təmizləmək, onu ilk günkü sürətinə qovuşdura
bilər. Əvvəla istifadə etdiyiniz əməliyyat sistemi üçün təklif edilən
son yenilənmələri yükləyin. Daha sonra isə istifadə etmədiyiniz bütün
əlavələri və proqramları silin.