Qışda metabolizmanı sürətləndirən 9 üsul

Müəllif: Antikvar
Şərhlər: 5
Baxılıb: 2 299
Səs ver:
(səs: 3)
Qış aylarında metabolizmanın sürəti zəifləyir. Bu dövrdə zəifləyən metabolizmanı sürətləndirmək, qışı artıq çəki yığmadan keçirmək üçün kifayət qədər və nizamlı qidalanmaq vacibdir. Aile.lent.az qışda metabolizmanı sürətləndirmək üçün bəzi məsləhətlər təqdim edir.
 
Günə səhər yeməyi ilə başlayın
Yağ əriməsini təmin etmək və sürətləndirmək üçün metabolizmanın ən yaxşı fəaliyyət göstərdiyi səhər saatlarında kifayət qədər və davamlı olaraq səhər yeməyi yemək şərtdir. Qatıq, meyvə və yulaf əzməsi ilə başlayan davamlı səhər yeməyi özünüzü daha yaxşı hiss etməyinizi təmin edəcək.

Yağsız protein qəbulu
Əzələ toxumanızı artırmaq üçün yağsız protein qaynaqları üzərində çox durun. Protein nizamlı olaraq etdiyiniz məşqlərlə birlikdə əzələ inkişafınıza kömək edəcək və metabolizmanı sürətləndirəcək. Məsələn, hinduşka əti aşağı səviyyəli yağ və yüksək keyfiyyətli protein tərkibi ilə sizin üçün çox yaxşı seçimdir.
 
Süd və süd məhsulları qəbulunu çoxaldın
Yağsız qatıq və pendir arıqlamaq, metabolizmanı sürətləndirmək üçün ən təsirli qidalardır. Aparılan araşdırmalar sübut edib ki, pəhrizdə kifayət qədər kalsium qəbulu yağ itkisini sürətləndirir. Pendir enerji verir, əzələlər üçün protein təmin edir və kalsiumun ən yaxşı qaynağıdır. Gündə 2 qab qatıq və 4-5 dilim pendir yeməyiniz məsləhətdir.
 
Tez-tez yeyin
Hər 2-3 saatdan bir ara qidalanması metabolizmanızın aclığa qarşı siqnallar almasının qarşısını alır. Tez-tez yemək və ara qidalanması heç də mütəmadi olaraq əlinə nə keçdi yemək demək deyil. Ara qidalanmasında meyvə və tərəvəz yesəniz, daha yaxşı olar. Xiyar, bibər növləri, mövsüm meyvə-tərəvəzi və s.
 
Qreypfrut süfrənizdən əskik olmasın
Qreypfrut insulin səviyyəsini aşağı salaraq, yağ yığılmasının qarşısını alır. Mövsümü zamanı gündə 1 ədəd qreypfrut yemək metabolizmanın sürətlənməsinə kömək edəcək.
 
Omega3 baxımından zəngin qidalar yeyin
Omega3 yağ turşuları qan şəkərini nizamlayır və metabolizmanı sürətləndirir. Toxluq hormonu olan leptin müqavimətinin qırılmasına kömək edərək, arıqlamağınızı təmin edir. Yağlı balıqlar Omega3–ün ən yaxşı qaynağıdır. Həftədə 3 dəfə buxara verilmiş və sobada qızardılmış balıq yeyin.
 
Gündə iki fincan yaşıl çay
Yaşıl çayda olan kateşinlər metabolizmanı sürətləndirir və yağın əriməsi ilə bərabər arıqlama kömək edir. Gündə ən azı iki fincan yaşıl çay içmək metabolizmanızı sürətləndirəcək.
 
Susuz qalmayın
Qışda əsasən su içməyə meylli olmuruq. Lakin metabolizmanı nizama salmaq üçün gündə ən azı 10-12 stəkan su içmək lazımdır.
 
Əzələ toxumanızı artırın
Əzələlər bədəninizin enerji xərcləyən fabrikidir. Nə qədər çoxdursa, o qədər sürətli fəaliyyət göstərər. Buna görə də həftədə ən azı 3 dəfə məşq edin.
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 2 299
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri