Soyuqda başı açıq gəzənlərə xəbərdarlıq

Şərhlər: 7
Baxılıb: 1 639
Səs ver:
(səs: 1)
Üz iflici soyuq və küləkli havada üz əzələlərini idarə edən sinirlərin gərilməsi nəticəsində yaranır. Soyuq hava üz iflici riskini daha da artırır. Bəs bundan necə qorunmalı? Aile.lent.az türkiyəli həkim Yüksel Sandıkçının fikirlərini təqdim edir.
 
Sinirlərin gərilməsi üzdəki əzələlərin idarə edilməsinə mane olur. Buna görə də əzələlər hərəkətsiz qalır. Üz hərəkətlərini təmin etmək üçün beyindən gələn əmrləri əzələlərə çatdıran üz sinirlərindəki problemlər bu xəstəliyə səbəb olur: "Üz iflici insandan asılı olaraq özünü fərqli formada göstərir. Bəzən çox yumşaq olur və yalnız insan güldüyü zaman bəlli olur. Üzün yarısı qismən hərəkətsiz və ifadəsiz qalır. Ətraf sinir sistemi səbəbindən üz iflici alını qırışdırmağa mane olur, gözlər yumulmur, dişləri göstərmək mümkün olmur, dodaqlar büzülmür, ağzın kənarları düz qalır”.   
 
Üz iflicinin daha bir əlaməti dilin ön hissəsində dad bilmə hissinin itməsidir. Y. Sandıkçı bildirir ki, üz iflici santral deyilən mərkəzi və ekoloji deyilən periferik üz iflici olmaqla iki yerə bölünür: "Santral üz iflici beyindəki gərginlik səbəbindən meydana gələn iflicdir və özü ilə bədənin başqa yerində sıxılmalar, beyin zədələri və s. kimi problemlərin yaranmasına səbəb olur. İkincisi isə, sinirin beyin sapından çıxdıqdan sonra başına hər hansı hadisə gəlmə nəticəsində yaranan və sadəcə üzün bir tərəfinə təsir edən ekoloji deyilən periferik üz iflicidir”. 
 
Həkim üz iflicindən qorunmaq üçün üzün soyuqdan qorunması və xüsusən də nəm üzlə soyuq havaya çıxmamağı məsləhət görür. Soyuq və küləkli havada papaq, şərf, şal və başqa örtük vasitələri ilə üzü və üz ətrafını bağlamaq lazımdır: "Ən çox rast gəlinən üz iflici soyuq havada nəm üzlə havaya çıxılması nəticəsində yaranır. Bundan başqa, soyuq və küləkli havada maşın şüşələrinin açıq qalması və motosiklet sürənlərin mütəmadi olaraq küləyə məruz qalması da üz iflicinə səbəb olur. Soyuq və küləkli havalarda maşının şüşələrini bağlı saxlamaq lazımdır. Motosiklet sürənlərsə, daima baş, üz və boyu hissələrini bağlı və örtülü saxlamalıdırlar”.
 
Üz iflicini yüngülləşdirmək üçün saqqız çeynəmək məsləhətdir. Amma bu, insanların çox az hissəsinə aiddir: "Yaşlı insanlar, şəkər xəstəsi olanlar və travma alanların iflic qalma riski yüksəkdir. Üz iflici müalicəsi zamanı dərmanlarla yanaşı saqqız çeynəmək, şar şişirtmək, üz əzələlərinin masaj etdirilməsi də məsləhət görülür. Gecələri gözü açıq vəziyyətdə yatanlarsa gözlərini qara lentlə bağlamalıdır”.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 1 639
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri