Ağ saça və çatma qaşa bu gen səbəb olurmuş

Müəllif: Fialka
Şərhlər: 7
Baxılıb: 2 402
Səs ver:
(səs: 2)
Məşhur rəssam Frida Kalonun çatma qaşlarını yəqin ki, xatırlayırsınız. Nəhayət, bir çox şeirlərimizdə, mahnılarımızda vəsf edilən, bir vaxtlar gözəllik simvolu kimi qəbul olunan çatma qaşın sirri tapılıb.
 
"Nature Communications” jurnalında yayımlanan araşdırmada bildirilir ki, insanlarda çatma qaşa və erkən yaşda saç ağarmasına eyni gen səbəb olur. Avropa, Amerika və Afrikadan fərqli etnik mənsubiyyətə sahib 6 mindən çox könüllüdən götürülən DNT nümunələri bunu sübut edir.
 
"IRF4” adlandırılan bu gen dəri, saç ve gözlərdə piqmentləri müəyyənləşdirir.
 
London Universitetninin alimi Kaustubh Adhikari yeni kəşf edilən gen haqqında bunları deyib:
 
"Saçların tökülməsinə və saç rənginə təsir edən bir neçə gendən xəbərdar idik. Ancaq saçların bozarıb-ağarmasını və saç telinin qalınlığını müəyyənləşdirən bu geni yeni tapmışıq”.
 
Araşdırmaçılar eyni genin çatma qaşa, üzdəki və qaşlardakı tüklərin qalınlığına da təsir etdiyini bildirir.
 
Bu araşdırma sayəsində gələcəkdə insanlar saç ağarmasından və arzuolunmaz tüklərdən birdəfəlik xilas ola biləcək.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 402
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri