Yaşıl bitkilər evlərə sağlamlıq bəxş edən əsas amillərdən
biridir. Qadinlar.biz evin havasını oksigenlə zənginləşdirməklə yanaşı
həm də görünüşünü dəyişərək gözəllik qatacaq bu bitkilərin faydalarını
sizə təqdim edir.
1. Havanı təmizləyir.
Bitkilərin havadakı karbondioksidi oksigenə çevirdiyini hər birimiz
bilirik. Oksigen beynimiz və vücudumuzun hər bir yeri üçün xüsusi önəm
daşıyır. Otaqlarınızda oksigen çatışmazlığı sizə yuxu gətirə bilər, bu
da beyinin oksigensiz qalmasıyla bağlıdır. Buna görə mütəxəssislər hər
yerə bir metrdən bir bitki yerləşdirilməsini məsləhət görür.
2. Gözəl iyi bəxş edir.
Hər iqlim şəraiti limon ağaclarını yetişdirmək üçün lazımi şərtləri
ödəmir. Səhər yeməyi üçün kökündən qopardığınız avakado, ya da içkinizi
ətirləndirəcək nanə yarpaqlarını evinizin bir kənarına qoysanız, evdən
necə gözəl iyinin gəldiyini düşünün.
3. Evə ruh bəxş edərlər.
Bitkilər canlı varlıqdır və ətrafınızı bürüyən bu canlı varlıqların
əhatəsində özünüzü yalnız hiss etməyəcəksiz. Bitki yetişdirməklə
evinizə yeni bir həyat bəxş edəcəksiz. Evinizə yeni bir ruh və sağlıq
qatacaqsız.