Uçuq niyə olur?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 284
Səs ver:
(səs: 2)
Əksər vaxtlarda ağız bölgəsində hətta dodaq üzərində içi maye dolu halda meydana çıxan uçuqlar bir müddət sonra partlayaraq dodaqda yara əmələ gətirir. Adamı bir çox baxımdan narahat edən bu uçuqlar danışmağı, gülməyi, hətta yemək yeməyə də təsir edir. Görünüş baxımından da çox cansıxıcı bir vəziyyətdir. Bəzi adamlarda uçuq heç çıxmazkən bəzilərində isə uçuq çıxması tez-tez təkrarlanan bir haldır. 

Uçuqlar el arasında deyildiyi kimi qorxudan yaranan bir vəziyyət deyildir. Uçuqlara səbəb olan ən önəmli faktor viruslardır. Uçuqlar çox vaxt soyuqlayanda, stress halında meydana çıxar. Bu halın səbəbi isə uşaqkən vücudunuza yoluxmuş olan uçuq virusunun bu kimi xəbərdarlıqlarla ortaya çıxmasıdır. Uçuq virusundan tamamilə canınızı qurtara bilməzsiniz. Amma nizamlı olaraq baxımınıza diqqət edərkən bu halı ən az səviyyəyə endirə bilərsiniz. 

Uçuqlar yoluxucu olduğu üçün xüsusilə tüpürcək və yaxın təmas yolu ilə keçə bilir. Qarşı tərəfdəki adamda uçuq olmasa belə, uçuq virusu daşıya bilər. Bu da irəliliyən zamanlarda sizin daim uçuq problemi yaşamanıza səbəb olacaqdır. Buna görə kiçik uşaqlar öpülməməlidir, lazım gəlmədikcə yaxın təmas qurulmamalıdır. 

Uçuq niyə olur? 
Vücudun zəif anında yuxudan oyanan uçuğa təsir edən hallar: adət dövrü, ağır diabet, əməliyyat olmaq, həddən çox spirtli içki içmək, həddən çox A vitaminin qəbulu, infeksiyalar, Günəş altında çox qalmaq, hamiləlik, hormonal dəyişmələr, qan azlığı, stress, yuxusuzluq, virusun təsir etdiyi (uçuq çıxan) hissənin yaralanması, vücud müqavimətini azaldan qızdırmalı xəstəliklər, yaxşı qidalanmamaq, yorğunluq, yüksək hərarət, QİÇS (AİDS), ekzema, ciddi yanıqlar, orqan köçürülməsi müalicəsindəki dərmanlar uçuq yaranmasına səbəb ola bilər.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 4 284
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri