Yandırma
döş qəfəsinin ortasında, solunda və ya sağında hiss oluna bilər. Əksər
hallarda insanlar bu simptomu ürək xəstəlikləri ilə əlaqələndirir. Lakin
bu səhv fikirdir. Bu nahiyədə müxtəlif orqanlar yerləşir ki, bu
orqanlarda olan pozulmalar özünü döş nahiyəsində yandırma hissi ilə
büruzə verir.
-
Bir çox hallarda bunun səbəbi mədə şirəsinin qida borusuna düşməsidir
(buna \"reflüks-ezofaqit\" deyilir). Reflüks zamanı mədə şirəsi və qida
kütləsinin bir hissəsi geriyə qida borusuna qayıdır ki, bu da qida
borusunda iltihaba və xoraların əmələ gəlməsinə səbəb olur. Nəticədə
xəstə döş nahiyəsində tez-tez güclü yandırma hiss edir. Yandırma çox
güclü olur, antasid dərmanların (almagel, maaloks və s.) qəbulu
yandırmanı azaldır. Özünüzdə bu simptomları müşahidə edirsinizsə, mütləq
qastroenteroloqa müraciət edin. Refleks-ezofaqit xəstəliyi çox ağır
fəsadlara (daxili qanaxma, qida borusunun daralması, qida borusunun
xərçəngi) səbəb ola bilər.
-
Ürək xəstəlikləri döş qəfəsində yandırma hissinə səbəb olur. Belə ağrı
və yandırma stenokardiya, miokard infarktı, miokardit (ürək əzələsinin
iltihabı), ürək qapaqlarının çatışmazlığı zamanı ola bilər.
Stenokardiya
zamanı döş qəfəsində yandırma, ağrı hiss olunur, ağrı sol kürəyə və sol
qola yayılır. Nitroqliserin həbi qəbul etdikdən sonra ağrı azalır.
Miokard infarktı zamanı ağrı çox güclü olur, nitroqliserinin qəbulu
ağrını azaltmır. Bu səbəbdən əgər ürək tutması zamanı nitroqliserin
kömək etmirsə, dərhal \"təcili yardım\" çağırın.
-
Ağ ciyər xəstəlikləri (pnevmoniya, ağ ciyər absesi, plevrit) zamanı doş
nahiyəsində güclü yandırma hiss olunur. Ağ ciyər absesi zamanı bəlğəmdə
irin olur. Pnevmoniya güclü öskürək və hərarətin 400 C kimi qalxması
ilə müşayiət olunur.
-
Osteoxondroz xəstəliyi döş nahiyəsində yandırma hissinə səbəb olur.
Adətən xəstə bunu ürək xəstəlikləri ilə əlaqələndirir və nitroqliserin
və ya validol qəbul edir. Lakin ağrı keçmir. Əgər kardioqramma
yaxşıdırsa, lakin belə ağrılar və yandırma hissi xəstəni tez-tez narahat
edirsə, bu osteoxondroz xəstəliyi ola bilər.