Yumurtaya
demək olar ki, hər birimizin rasionunda rast gəlinir. Və mütəxəssislər
həmişə qeyd edirlər ki, yumurtanın tərkibində zülallar çox olduğu üçün
mütləq hər gün bir ədəd də olsa yumurta yemək lazımdır. Eyni zamanda
demək olar ki, yumurta bütün pəhrizlərin menyusunda var. Bu dəfə isə
Qadınlar.biz sizə yumurta haqqında 8 mifdən – zərərli və ya boyalı
olmasından yazır.
Yumurta qanda xolestrolun miqdarını artırır
30
il əvvəl alimlər qanda xolestrolun əsas mənbəyi kimi yumurtanın olması
haqqında məlumatlar vermişdilər. Və demək olar ki, onlar bildirmişdilər
ki, həftədə 3-4 yumurtadan artığını yemək olmaz. Doğurdan da, yumurtada
xolestrol çoxdur – orta ölçülü yumurtada 213 mg-dır. Gündə 300 mg
xolestrol qəbul etmək olar ki, bunu da bir ədəd yumurta təmin edir. Ona
görə də artığını yemək zərərlidir. Amma yumurtanın tərkibində
xolestroldan da zərərli fosfolipid maddələr var.
Yumurta qaraciyərə ziyandır
Bu
fikir düzgün deyil. Yumurtanın tərkibindəki fosfolipid maddələr
qaraciyərin sağlamlığı üçün xeyirlidir. Onun funksiyası qaraciyəri
zəhərli maddələrdən qorumaqdır. Dietoloqlar mayonezli və ya kərə
yağında qızardılmış yumurtanı yeməyi tövsiyyə etmirlər.
Yumurta kökəldir, tərkibində kalori çoxdur
İnsan
təsəvvür edə bilmir ki, 75 kalorisi olan qida onu necə kökəldə bilər
ki?! Yumurtanın sarısında 5 qram yağ olur. Amma ağında isə heç yağ,
zülal yoxdur. Yumurtanın əsas hissəsini ağı təşkil edir ki, onda da yağ
olmadığı üçün demək olar ki, bütün dietlərin tərkibinə daxildir.
Pis həzm olunduğu üçün gecə yumurta yemək olmaz
Bu
heç də belə deyil. Gecə yumurta yeyərkən qaynadılmış yumurta yemək
lazımdır. Bu qayğanaq və ya "qlazok”dan daha faydalı və həzm olandır. 3
saat qaynadılmış yumurta mədədə qala bilər. Amma unutmaq olmaz ki, gec
nahar insana heç bir sağlamlıq gətirə bilməz.
Çiy yumurta kişinin gücünü artırır
Müasir
elm bu mifi təkzib edir. Belə ki, yumurtanın tərkibində heç bir güc
artıran xüsusi maddə yoxdur. Amma əvəzində xeyirli maddələr və zülallar
çoxdur.
Daha parlaq sarı – daha çox fayda
Bu
belə izah olunur: toyuq nə qədər çox günəş altında yatarsa yumurta
sarısının rəngi o qədər parlaq olar. Və hətta toyuğa yumurtasının sarısı
parlaq olsun deyə xüsusi qidalar verilir. Eyni maddədən forel və somon
balığının rənginin tünd çəhrayı olunması üçün də verilir. Bu
maddə kantaksantin adlanır ki, son zamanlar avropalı həkimlər bu
maddənin görmə qabiliyyətini pozduğunu açıqlayıblar.
Qəhvəyi qabıqlı yumurta ağ qabıqlıya nisbətən daha dadlıdır
Bu iki qabıq rənginə malik yumurtaların dadında heç bir fərq olmur.
Yumurta tez-tez salmonellosisə səbəb olur
Bu
hal çox güman ki, düzgün bişirilmədikdə baş verir. Bərkiməmiş jele kimi
bişən yumurta böyük risk yaradır. Qayğanaq bişirərkən onu yaxşı
bişirmək lazımdır, baxmayaraq ki, tez bişir. Amma qeyd edək ki,
qaynadılmış yumurta daha faydalıdır. Qaynar suda yumurtanın sarısı
tam bişir, mayeliliyini itirir və salmonellosis məhv olur.