Ailələri dağıdan qoxudan necə xilas olmalı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 061
Səs ver:
(səs: 0)
Bir çoxlarının özünə etibarını itirməyə səbəb olan ağız qoxusu çox hallarda ailələri də dağıdır. Kişi qadın münasibəti zamanı ağızdan qoxu gələrsə, bu, bir-birindən uzaqlaşmağa, arada soyuqluğun yaranmasına səbəb ola bilir. Bəs ağız qoxusunun səbəbləri nədir? Necə qarşısını almaq olar?
 
Diş və diş əti problemi: Dişləriniz və diş ətinizdə problem varsa, sürətlə müalicə edilməlidir. Ağızda çürük dişlər varsa "plomb" qoydurmalı və ya çəkdirməliyik.
 
Gündə ən azı iki dəfə dişlərinizi diş pastası ilə fırçalamalısınız. Dişlərinizlə birlikdə dilinizi də fırçalamağı unutmayın. Gündə iki dəfə diş ipi ilə dişlərinizin arasını təmizləyin.
 
Əgər ağız qoxunuz bunları etdikdən sonra, getməsə, demək ki, digər səbəbləri araşdırmalısınız. Məsələn, həkimə gedib müayinə olunmaq kimi.
 
Mədənizi yoxladın, əgər mədənizdə problem varsa, ağız qoxusu olması normaldır.
 
Böyrək çatışmamazlığı və qaraçiyər çatışmamazlığı olduqda ağızdan qoxu gələ bilir.
 
Maddələr mübadiləsində pozğunluq olduqda ağız qoxusu ola bilir.
 
Şəkər xəstəliyi ağız qoxusu yarada bilir.
 
Oruc və dieta saxlayan insanlarda da ağız qoxusu olur.
 
Bəs ağız qoxusundan necə qurtulmalı?
 
Ağız qoxusundan qurtulmaq heç də çətin bir iş deyil. Cəfəri nəfəsinizi təbii olaraq təzələyir, yalnız tam olaraq çeynəməyinizdən əmin olun.
 
Qəhvə, pivə yerinə su və ya meyvə suyu üçün..
 
Burnunuzdan nəfəs almağa çalışın. Ağızdan nəfəs almaq quru bir ağıza səbəb olar ki, bu da pis qoxuya səbəb olan bakteriyaların yaranmasına zəmin yaradar.
 
Saqqız çeynəyin. Bu ən asan üsuldur. Amma çalışın tez tez saqqızı dəyişəsiniz, çünki dadı getdikdən sonra artıq qoxu öldürücü təsiri də qalmır.
 
Qadın ya da fərqi yoxdur kişi olsun, öz gigiyenik təmizliyinizə riayət edin. Çünki bu heç də xoşagələn qoxu olmur. Ailələrin dağılma səbəbkarı təmizliyiniz və ağzınızdan gələn qoxu olmasın.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 061
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri