10 vəziyyətdə sənə yalnız vazelin kömək edəcək

Şərhlər: 6
Baxılıb: 3 945
Səs ver:
(səs: 1)
Məhz bu ucuz və universal məhsul səni ən çətin vəziyyətlərdən xilas edəcək. 

1. Saç boyamasından dərini qoruyur
Ev şəraitində saçlarını boyayırsansa müəyyən problemlər yaranır. Boya qulağına, çiyninə, alnına dağılır. Bunun qarşısını almaq üçün boyamadan əvvəl vazelin istifadə edə bilərsən. Ləkə düşən yerə vazelin çəkib fırça ilə təmizləmək lazımdır.

2. Makiyajı korreksiya etməyə kömək edir
Əgər gözlərinə eyeliner vasitəsilə ox çəkmisən və o qaşlarından kənara çox çıxıbsa, silib yenidən çəkməyə ehtiyac yoxdur. Vazelini balaca pambıqlı çubuğa (qulaq təmizləyən çubuq ola bilər) batır və həmin artıq hissəni yavaşca sil. Tuş çəkərkən kənarlara yayılıbsa onu da, bu üsulla silə bilərsən.

3. Kiprikləri uzadır
Vazelini gecə kipriklərə çəkib yatsan nəticə səni valeh edəcək. Kipriklərin uzanacaq.

4. Dodaqları çatlamaqdan qoruyur
Vazelinin köməyi ilə dodaqların parlaq və hamar olacaq. Soyuq havalarda çölə çıxmaqdan çəkinmə, çünki vazelin dodaqlarını çatlamaqdan qoruyacaq.

5. Ətirlərini onunla davamlı edə bilərsən
Qulaq dibinə, körpücük sümüyünə, biləklərinə ətir əvəzinə vazelin çəksən günboyu gözəl qoxu gələr.

6. Skrab üçün əsas vasitə kimi istifadə et
Əgər nazik, həssas və quru dəriyə sahibsənsə sıradan skrablar qıcıqlanma yarada bilər. Vazelinlə özünə uyğun skrab hazırlaya bilərsən: incə və effektli. Bunun üçün sadəcə vazelinə kosmetik şəkər qamışı əlavə etməklə kifayətlənə bilərsən. 

7. Vazelin soyuqdəyməni aradan qaldırmaqda yardımçı olar
Xəstələndiyin zaman burnun axır, burun dəlikləri ətrafındakı dəridə qızartılar və qabıqlamalar yaranır? Bu problemi tez aradan qaldırmaq üçün vazelin maskası sənə köməkçi olacaq.

8. Uzun müddət sırqa taxmamısansa vazelin köməyə gəlir
Uzun müddət sırqa taxmadığına görə qulaq deşiklərin darlaşıbsa qulaq məmələrini vazelinlə masaj et. Nəticədə sırqalarını qulağına rahat və tez taxa biləcəksən.

9. Yanıqdan sonra dərini tez sağaldır
Yanıq yaran heç cürə sağalmır? Vazelini yoxla. Vazelinlə sadəcə həmin hissəni yağlamaq lazımdır. Proses çox sürətli olacaq.

10. Vazelinlə dərinin nəmini itirməsinin qarşısını al
Vazelin bu işdə nəyə lazımdır? Hollivud kosmetoloqlarından tutmuş məşhurlarına qədər hamısı dərilərini nəmləndirməkdən ötrü vazelindən istifadə edirlər. Çünki vazelin ən yaxşı nəmləndiricidir.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 945
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri