Yazda enerjinizi yüksəltməyin 10 yolu

Şərhlər: 3
Baxılıb: 1 682
Səs ver:
(səs: 1)
Yazda, adətən, enerjimiz azalır. Qışdan çıxıb günəşli havanı qarşıladığımız zaman yaz sindiromu yaşayırıq. Bu sindiromu üzərimizdən atıb, daha enerjili olmaq üçün bizə sadəcə 10 addım lazımdır. Bu 10 addım haqqında ip uclarını sizinlə də paylaşırıq.

Nəfəs alın
Yoga zamanı bütün nəfəs alıb-vermə hərəkətləri sizi sadəcə yoga pozalarının verdiyi yorğunluqdan uzaqlaşdırmaq üçün deyil. Dərin və qədərində nəfəs almaq oksigeni bütün bədənə yayır, beləliklə, özünüzü yenilənmiş kimi hiss edə bilirsiniz. Səhər oyandığınız zaman günə bir az günəş vannası və dördlü nəfəs texnikasını tətbiq edərək başlayın. Yəni, dörd saniyə müddətində nəfəs alın, dörd saniyə nəfəsinizi saxlayın ya da dörd dəfə dərindən nəfəs alın və dörd dəfə nəfəsinizi saxlaya biləcəyiniz qədər bunu edin. Hər iki üsul işə yarayacaq. Özünüzü tamamilə yenilənmiş kimi hiss edəcəksiniz.

Meyvə-tərəvəzləri blenderdən keçirdin
Enerjinizi artırıb, immunitet sisteminizi gücləndirərək sizi xəstəliklərdən qoruması üçün təzə meyvə və tərəvəz suları için. Gündə iki meyvə və üç ya da dört tərəvəz yeyin. Hər birinin də, fərqli rəngdə olmasına çalışın, çünki fərqli rənglər vitamin və mineralları özündə birləşdirir. 

Nanə ilə canlanın
Nanəli konfetlər və təzə nanə yarpaqlarının qoxusu oyadıcı təsirə malikdir. Nanəli bədən şampunu ilə yuyunmaq və ətrini bədənə çəkmək sizin yorğunluğunuzu azaltmağa kömək edəcək.

Qırmızı dodaq boyası çəkin
Pantone Rəng İnstitutu parlaq qırmızı, isti çəhrayı, narıncı və sarı kimi isti rənglərin enerji səviyyəsini artırdığını bildirir. Parlaq dodaq boyası ilə ya da neon rənglərdə olan köynəklə özünüzü daha enerjili hiss edəcəksiniz.

Kaliumla güclənin
Kaliumun orqanizmimiz üçün çox faydası var. Amma bu faydanın səbəbinin nə olduğundan elə də əmin deyilik. Demək olar ki, hamısı maddələr mübadiləsinin enerjisilə bağlıdır. Əgər qədərində kalium qəbul edirsinizsə maddələr mübadiləsi ən yaxşı şəkildə işləyir deməkdir. Banandan əlavə kaliumla zəngin olan qidalar xurma, tünd yaşıl tərəvəzlər (kələm, kahı) və balıqdır.

Otağınıza günəşi gətirin
Təbii günəş işığı ilə oyanmaq gözəl hisdir. Yuxu tənbəlliyinizi üzərinizdən atmaq üçün pəncərələrinizi açıq saxlayın. 

Telefonlarınızı söndürün
Demək olar ki, texnologiya dövründə hamımız bu alətlərdən asılı vəziyyətdəyik. Amma yatdığımız zaman bütün bu alətləri 1 saat əvvəldən söndürməyimiz bizə daha keyfiyyətli yuxu bəxş edər. Bu texnoloji alətlərdən yayılan mavi işıq istirahətimizlə əlaqəli melatonin hormonuna mane olur. 

Yeyin və təkrarlayın
Dörd kiçik dişlək almaq ağır yeməyi sürətlə yeməkdən daha yaxşıdır. Qan şəkərinin düşməsi isə özünüzü pis etmənizə səbəb olur. Həyatınızda hər şey sabit olsun deyə üç qida növünə diqqət etmək lazımdır: kərəvizlə badam əzməsi, fındıq və babanla hazırlanmış dənli bitkili yemək və yer fıstığı ilə banan əzməli dənli bitkilərdən hazırlanmış yemək.

Çay için
Bütün kafeinlər eyni funksiyaya malik deyildir. Hərəsinin öz funksiyası var. Toz halında olan yaşıl çay espresso kimi tünd dada malik deyil, oyandırıcı təsirə malik olan kafein və antioksidantları özündə birləşdirir.

B vitamini qəbul edin
B vitamini qan şəkərini nəzarətdə saxlamağa yardımçı olur. Qan dövranını və oksigenin qəbulunu sürətləndirir. Bunlar isə öz növbəsində maddələr mübadiləsinin fəaliyyətini sürətləndirməyə kömək edir. Xüsusilə də, spirtli içki qəbul edirsinizsə bu, orqanizmdə B vitaminini bitirir. Ona görə də, spirtli içki qəbul etməzdən əvvəl mütləq B vitamini qəbul edin.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 1 682
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri