Diş əksiyliyinin yaratdığı 8 fəsad

Müəllif: Barbaris
Şərhlər: 2
Baxılıb: 2 113
Səs ver:
(səs: 1)
Diş əksikliyinin yaratdığı 8 fəsad Bir çox insanlar çürük və çıxarılmış dişlərinin müalicə və bərpa edilməsini geçikdirir. Ancaq əksik dişlər bir çox problemlər yaradır:

1. Diş əksikliyinə görə rahatlıqla gülə bilmirlər. Bundan başqa dodaq və yanaqların çökməsinə və vaxtından əvvəl qırışların yaranmasına səbəb olur ki, bu da sizi olduğunuzdan daha yaşlı göstərir.
2. Diş əksikliyi həmçinin yan dişlərin əyilməsinə və uzanmasına gətirib çıxardır. Bunun nəticəsində qəbul edilən qidalar yaxşı çeynənmir.
3. Əyilən və uzanan dişlərin təmizlənməsində çətinliklər yaranır və yaxşı təmizlənməyən dişlərdə çürümə başlayır.
4. Əyilən dişlərdə çeynəmə prosesi yavaşlayır. Əslində çeynəmə hər iki tərəfdə də eyni anda olur, ancaq əksik dişə görə çeynəmə tək tərəfli olur.
5. Əksik diş ətrafında çeynəmə funksiyası olmadığı üçün çənə sümüyündə "Resorption” prosesi baş verir, yəni toxumalar əriyib yox olur.
6. Dişlərin əksikliyi dişlərin arasında məsamələr yaranmasına və damaqdakı düzülüşün pozularaq üzdə asimmetrik pozğunluğun yaranmasına səbəb olur.
7. Dişlərin əksikliyi səbəbi ilə yaxşı çeynənilməyən qidalar bütöv olaraq udulduqda yaxşı həzm olunmur və mədədə şişkinlik, gastrit və digər mədə xəstəliklərini əmələ gətirir.
8. Diş əksikliyi səbəbi ilə yaxşı çeynənilmədən udulan qidalar artıq çəki almağınıza da səbəb olur.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 113
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri