Yemişi yeməkdən əvvəl yesəniz...

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 1 812
Səs ver:
(səs: 2)
B vitamini və yodla zəngin yemiş bir çox xüsusiyyətləri ilə dəyərli meyvələr sırasındadır.

İlk növbədə asanlıqla yuxuya getməyə kömək edir. Bununla yanaşı, mütəxəssislərin fikrincə, yemişin gözəl ətri cütlüklərdə cinsi istəyi artırır.

Yeməkdən əvvəl yeyilən yemiş həzm sistemi orqanlarını təmizləyir.

Böyrək-sidik kisəsi qumu tökülən zaman yemiş yeyilərsə, böyrəklər rahatlanır və sakitləşir. Yemiş həm də sidikqovucudur. Sidik yolu xəstəliklərinə qarşı faydalıdır.

Babasil şikayətlərinə yaxşı təsir edir.

Yemişin dənələri qaynadıldıqdan sonra suyu içildikdə nəfəs yolu narahatlıqlarının qarşısını ala bilər.

Qaraciyər xəstəliklərinə də yemiş dənəsi suyu yaxşı təsir edir. Lakin gündə 1 stəkandan çox içmək məsləhət deyil.

Yemiş bədənə sərinlik hissi verir. Yanan hissəyə yemiş qoyularsa, ağrı azalır və sağalmasına kömək edir.

Ət bişirən zaman yemiş qabığı əlavə edilərsə, tez bişməsinə səbəb olar.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 1 812
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri