Yemək bişirərkən edilən səhvlər

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 2 581
Səs ver:
(səs: 0)
Soyuq tavaya nəsə əlavə etməyin
Bişirəcəyiniz vəsaitləri tava və ya qazana qoyacaqsınızsa, əvvəldən isidilmiş olmasına diqqət edin. Qazan və ya tavanızı istilən və üzərinə yağ əlavə edin. Yağ istiləndikdən sonra vəsaitlərinizi əlavə edin. Əgər soyuq yağa vəsaitləri qoysanız, həm yağ çəkməsi həm də yapışması qaçınılmazdır.

Soyuducundan çıxardığınız əti bişirməyə başlamayın
Ət, balıq və ya toyuq bişirəcəksinizsə, istər qızartma istər soba olsun, soyuducundan çıxararaq birbaşa bişirməyə başlamayın. Əgər belə etsəniz, ətin xarici bişəcək amma içi çiy qalacaq. Ət və balıq kimi qidaları soyuducundan çıxarın və otaq istiliyində 15-20 dəqiqə gözlədin. Ardından bişirmə əməliyyatına başlayın. Otaq istiliyindəki ətlər, hər vaxt bərabər nisbətdə bişər.

Doğru qazan istifadə edin
Yemək edərkən istifadə edəcəyiniz qazanı doğru seçin. İstifadə edəcəyiniz vəsaitlərə görə qazan nə böyük nə də kiçik olmalıdır. Xüsusilə kiçik qazanda yemək bişirirsinizsə, vəsait çox olduğu üçün istilik aşağı olacaq və yeməkləriniz həmişə qaynatma dadında olacaq. Ən yaxşı bişirmə bütün vəsaitlərin bərabər bişirilməsi nəticəsi əldə edilər.

Yeməklərə ədviyyatları erkən əlavə edin

Xüsusilə çox-çox ləzzətli olmayan yemək edirsinizsə ( balqabaq kimi) o zaman ədviyyatını və ləzzətləndirici vəsaitləri yemək bişərkən əlavə etməyi unutmayın. Yemək bişərkən ədviyyatları əlavə olunaraq ləzzətin bir-birinə qarışmasını təmin edin.

Yeməyi bişirərkən dadın
Yemək bişirərkən tez-tez dadına baxmağı unutmayın. Çünki axşam yeməyi masaya gətirdiyinizdə əskik və ya çox ədviyyatlar səbəbiylə riskə girməyin. Yeməyinizə əlavə etdiyiniz ədviyyat və ya vəsaitlər sonrasında dadına baxın.

Əti bişirdikdən sonra gözlətməyin
Əti sobadan götürdükdən sonra 5-6 dəqiqə qədər istirahət etdirin. Əgər sobadan götürər götürməz kəssəniz içindəki o çox ləzzətli suyunu itirərsiniz.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 581
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri