Öskürək və soyuqdəyməni yüngülləşdirən 5 tövsiyə

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 3 023
Səs ver:
(səs: 0)
“Soyuqdəymə müalicə edildiyi halda 7 günə, edilmədiyi halda - 1 həftəyə keçir”. Təbii ki, bu, bir zarafatdır.

Lakin soyuqdəyməyə məsuliyyətsiz yanaşdıqda ciddi xəstəliklərə gətirib çıxarması heç kimə sirr deyil.

Öskürək və soyuqdəyməni yüngülləşdirən 5 tövsiyə


Sizə qrip və soyuqdəyməni yüngülləşdirən tövsiyələri təqdim edirik.
İlıq şorba

Qrip olduqda hər gün bir kasa ilıq şorba için. Antiseptik xüsusiyyətləri sayəsində şorba boğaz ağrıları və qrip əlamətlərini azaldır.

Portağal suyu
Hər gün bir stəkan portağal suyu içmək soyuqdəymə və qrip riskini azaltmaq üçün ən əlverişli üsuldur.

Evkalipt
Antiseptik xüsusiyyətləri sayəsində evkalipt öskürəyi sakitləşdirir, hətta bronxitlə mübarizədə kömək edir.

Bal və limon siropu
2 stəkan limon suyu və 7 qaşıq balı qarışdırın. 1 saat bişirib soyumasını gözləyin. İlk gün hər saatdan bir 2 yemək qaşığı, iki gündən sonra 3 saatdan bir 1 qaşıq yeyin.

Bol maye qəbulu
Çay, kompot, mineral suların qəbul edilməsi hərarət zamanı çox vacibdir. Qrip olan zaman insan çoxlu maye itirir və orqanizmdə susuzlaşma inkişaf edə bilər. Xəstə gün ərzində 2 litrdən az olmayaraq maye qəbul etməlidir.

sağlamolun.az
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 023
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri