Acı bibər əlinizi göynətdisə, nə etməli? - ÜSULLAR

Müəllif: Narın Yağış
Şərhlər: 1
Baxılıb: 2 913
Səs ver:
(səs: 1)
Acı bibərdən qaynaqlanan yanma deyəndə ağıla ilk gələn ağız yanmasıdır. Halbuki bibər yeyəndə tək ağız yanmır. Bibər doğrayarkən əllər də yanır. Hətta elə yanır ki, bir müddət sonra qızarır və şişir. Bəs bu göynəmə hissini necə aradan qaldırmaq olar? Qadınla.Com bunun üsulları ilə sizi tanış edir.

Bibər niyə yandırıcıdır?

Bibərə acılığı verən tərkibindəki kapsaisin adlı maddədir. Bibərlərin acılıq dərəcəsi də bu maddənin səviyyəsinə görə müəyyən edilir. Kapsaisin dəriylə təmas etdikdə yanma, göynəmə, istilik duyulması kimi hisslərə səbəb olur. Bu maddə tibdə ağrıkəsici və sağaldıcı məhsul kimi də istifadə edilir.

Acı bibərin yandırıcı təsirindən qorunmaq üçün nə etməli?
Bibərin acılığını görünüşündən bəlli etmək mümkün olmadığından bibərə toxunmadan əvvəl əlcək geyinmək lazımdır.

Acı bibəri doğradıqdan bir müddət sonra barmaq uclarınızda yüngülcə bir yanma hiss etməyə başlayarsınızsa, deməli, kapsaisin yağ kimi dərinizə işləyib. Belə olduqda bunları edə bilərsiniz:

- Birinci növbədə yanan əllərinizlə gözlərinizi qətiyyən ovmayın.

- İlk görəcəyiniz iş yanmaya səbəb olan kapsaisin maddəsini yox etməkdir. Kapsaisin maddəsi yağda və spirtdə əridiyi üçün su ilə yumaq həll yolu deyildir. Yağ və spirtli məhsul istifadə edin.

- Əlinizi bol miqdarda zeytun yağı və ya qarğıdalı yağı ilə ovub bir neçə dəqiqə gözləyin, sonra sabunla yuyun.

- Limon suyu əlinizə yapışmış olan kapsaisini neytrallaşdıracaq. Soyuq limonu iki yerə bölün. Barmaqlarınızı limonun içinə soxun. Başqa bir üsul olaraq isə əllərinizi limon suyu və duzla yaxşıca ovalayın.

- Əllərinizi soyuq süd və qatığın içində yanma hissi keçənə qədər gözlətsəniz, göynəmə azalacaq. Dondurma da bibər yanğısını aparmaqda effektlidir.

- Bu üsullardan sonra Silverrdin, Bepanten kimi yanıq əleyhinə kremləri də istifadə etmək işi yüngülləşdirəcək.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 913
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri