Ev xanımlarına faydalı məsləhətlər

Müəllif: arzum-aysum
Şərhlər: 2
Baxılıb: 2 192
Səs ver:
(səs: 0)
- Çuğundur tez bişsin deyə, onu soyuq suya deyil, qaynayan suya salın.

- Dadlı qayqanağın sirri - yumurtanı çaldıqda 1-2 xörək qaşığı soyuq su əlavə edin və yaxşı
çalın.

- Soğanın acılığını götürmək üçün soğanı doğrayın, süzgəcə yığın və üzərinə qaynar su
tökün.

- Makaronlar yapışmasın deyə bişirilmə zamanı suya 1 xörək qaşığı bitki yağı əlavə
edin.

- Vineqret salatını daha dadlı və zərif etmək üçün salata 1 xörək qaşığı süd və 1 çay
qaşığı şəkər tozu əlavə edin.

- Kələmi qızartdıqda rəngini saxlamaq üçün doğradıqdan sonra əvvəl üzərinə qaynar su tökün, sonra 1 dəqiqə ərzində soyuq suda saxlayın. Daha sonra isə yaxşı sıxın və qızardın.

- Mayalı xəmir hazırladıqda fikir verin ki, bütün inqrediyentlər eyni temperaturda olsun.
Bunun üçün soyuducudan çıxarılan məhsulları (yumurta, kərə yağı) qabaqcadan soyuducudan çıxardın və 30 dəqiqə - 1 saat ərzində ev temperaturunda saxlayın.

- Piroqlara, bulkalara, sobada bişirilən pirojkilərə gözəl parıltı vermək üçün bişirdikdən əvvəl onların üzərinə çalınmış yumurta, süd və ya şirin su çəkin.

- Qızardılmış ətin yumşaq və zərif alınması üçün onu qızartdıqdan əvvəl kiçik tikələrə
doğranmış kivi və ədviyyatların qarışığında 2 saat saxlayın. Bundan artıq saxlamaq olmaz.

- Kotletlərin dadını yaxşılaşdırmaq üçün farşa sürtgəcdən keçirilmiş çiy kartof və ya kök
əlavə edin
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 192
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri