Fayali məsləhətlər

Müəllif: NaZa25
Şərhlər:
Baxılıb: 2850
Paylaş:
Səs ver:
(səs: 0)


Qoxudan necə qurtulmalı?
Qida məhsulları saxlanan mətbəx dolablarında xoşagəlməz qoxudan qurtulmaq üçün oraya ovulmuş kömür qoyun. Kömür bütün kənar iyləri özünə çəkir, arabir kömürü dəyişmək lazımdır. Eyni zamanda, şkafa kağızda üyüdülmüş kofe qoysanız, pis qoxu aradan qalxacaq. Çörəkqabındakı spesifik iyi yox etmək üçün qabı sirkə ilə isladılmış əsgi ilə silmək, sonra isə qurulamaq lazımdır.
Metal qutudakı xoşagəlməz iy bir neçə kibrit yandırdıqdan sonra aradan qalxır.

 

Əgər yuyulan qablarınız balıq, sarımsaq iyi verirsə, onları sirkəli isti su ilə yumaq məsləhətdir (2 litr suya 2 xörəkqaşığı sirkə).

 Qabdan gələn soğan iyini aradan qaldırmaq üçün isə onun dibinə 2-3 xörəkqaşığı sirkə töküb, ocağın üzərində 2-3 dəqiqə qaynatmaq lazımdır. Sonra isə qabyuyan vasitə ilə yuyun. Bıçaqdan soğan iyini aparmaq lazım olduqda, bıçağı bitki yağı ilə silin.İşini asanlaşdır Bişən zaman südün daşmaması üçün qazanın kənarlarını yağlamaq lazımdır. Südün üstündə qatı məhlul yaranmasın deyə, onu durmadan qarışdırmaq məsləhətdir. 

Ciyərin üstündəki nazik pÿrdÿni asan çıxarmaq üçün, 1 dəqiqəliyə isti suya salmaq lazımdır. Ciyəri 2-3 saat soyuq süddə saxlasanız, o daha dadlı olacaq.

Sosiskanı bişirəndə qırılmasın deyə, onu duzlu soyuq suya salmaq və qaynayıncaya qədər bişirmək lazımdır. Qaynatmaq isə məsləhət deyil.

 Qarışqa mətbəxin düşmənidir, xüsusilə də şirniyyatın. Mətbəxini sevənlər üçün faydalı məsləhət: mürəbbə, bal və qəndi qarışqalardan qorumaq üçün qabın kənarlarına bitki yağı sürtün.


loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 2850
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv