Hansı böyrü üstə yatmaq daha faydalıdır?

Müəllif: Barbaris
Şərhlər: 4
Baxılıb: 2 025
Səs ver:
(səs: 0)
Həkimlər hansı böyrü üstə yatmağın daha faydalı olmasından danışıblar. Ekspertlər sübut ediblər ki, sol böyrü üstə yuxulamaq daha faydalıdır.

Qadınla.com bildirir ki, hansı böyrü üstə yatmaq müasir tibbdə ən çox mübahisə doğuran məsələlərdən biridir. Halbuki hər iki tərəfin "lehinə" və "əleyhinə" tutarlı dəlillər var. Lakin aparılan tədqiqatlardan sonra həkimlər belə nəticəyə gəliblər ki, bədənin sol tərəfi üstündə yatmaq daha faydalıdır.

Mütəxəssislərin rəyinə görə sol böyrü üstə yatmağın başlıca faydası qanın oksigenlə daha yaxşı doyması, həmçinin qan dövranının yaxşılaşmasıdır.

Bununla yanaşı, təkmilləşdirilmiş limfa cərəyanı orqanizmin təmizlənməsinə, həmçinin bədənin sağ tərəfində qan damarları ilə, heç bir basılma təhlükəsi olmadan qanın ürəyə doğru hərəkətinə kömək edir.

Daim sol böyrü üstündə yatan diabetli xəstələrin əhvali-ruhiyyələri xeyli yaxşılaşır. Lakin ürək çatışmazlığı, ürəyin işemik xəstəliyi, ağciyərlərin sol tərəfinin lokallaşdırılması xəstəliyi olanlara sol böyrü üstə yatmaq məsləhət deyil.

Bu tövsiyə, zədə almış və əməliyyat keçirmiş xəstələrə də aiddir.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 025
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri