Özündən nə qədər əminsən??? TEST ET ÖYRƏN!

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 765
Səs ver:
(səs: 2)
Özünüzə nə qədər əminsiniz? Bilmək istəyirsinizsə bu asan test tam sizə görədir:

1. Əl sıxanda bunu necə edirsiz?
A) Qısa və möhkəm.
B) Uzun sürən və intensiv.
C) Yüngül toxunuş.

2. Bürcünüz.
A) Şir, Qoç, Oğlaq, Buğa
B) Əkizlər, Əqrəb, Dolça, Oxatan
C) Balıq, Xərçəng, Qız, Tərəzi

3. Dəri tipiniz necədir?
A) Normal və xüsusi qulluq tələb etməyən.
B) Həssas olmayan.
C) Quru və həssas.

4. Bir qadın fikirli halda parkda oturub. Siz düşünürsünüzki o...
A) Təklikdən zövq alır.
B) Özünü yazıq göstərir, istəyir kiminsə ona yazığı gəlsin.
C) Yəqin nəsə problemi var.

5. Nə sizin üçün xarakterikdir?
A) Məyusluğu tez unutmaq.
B) Yalnız özünüz barədə düşünmək.
C) Kiməsə yalan danışanda vicdan əzabı hiss etmək.

6. Ən çox hansı fiqur xoşunuza gəlir?
A) Üçbucaq.
B) Romb.
C) Dairə.

7. Ən həvəslə hansı idman növüylə məşğul olardız?
A) Paraşüt idmanı.
B) Suya tullanma.
C) Alpinizm.

Nəticəni üstünlük təşkil edən cavaba görə müəyyən edin.

NƏTICƏLƏR:
A - A variantı cavablarınızda üstünlük təşkil edirsə, onda siz özünə kifayət qədər əmin insansınız. Ancaq sizdə də özünə əminliyin azaldığı situasiyalar olur. Amma siz bunu etiraf etməyi bacarırsız, çünki güclü şəxsiyyətsiz. Istədiyinizə nail olmaq üçün, sizə xüsusi cəhd etməyə gərək yoxdur. Çünki əksər hallarda buna özünüz asanlıqla nail olursunuz.

B - Sizin əminliyiniz bir az zəifdir. Əgər arxada qoyduğunuz illərin təcrübəsi varsa, onda hər şey yaxşıdı. Ancaq yad insanlar və yad situasiyalar sizə qıcıq verir. Belə durumlarda əminliyinizi asanlıqla itirə bilirsiz. Situasiyadan asılı olaraq ya özünüzə qapılırsız, ya da artıqlamasıyla özündən razı olursunuz.

C - Siz ətrafdakılara inanmağa adət etməmisiz. Özünüzü keçmiş xatirələrə və tənqidi yanaşmalarla yorub, həyatın sevincini doya-doya yaşaya bilmirsiniz. Özünüzü bundan məhrum edirsiniz. Çalışın özünüzə inanmamağın səbəblərini analiz edib, bunu aradan qaldırın. Alınmasa mütəxəssisə müraciət edin.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 765
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri