Yumruğunuza görə xarekteriniz - TEST

Müəllif: Sweet Candy
Şərhlər: 7
Baxılıb: 939
Paylaş:
Səs ver:
(səs: 1)
İnsanın xarakter və xasiyyətləri, həmçinin, vərdiş və davranışları onun daxili dünyasını açıq şəkildə ortaya qoymasa da, onun haqqında çox şeylər deyir.

İnsanın ən sadə davranışlarından, fərqində olmadığı halda etdiklərindən onun necə biri olduğunuu təyin etmək mümkündür. Məsələn, yumruq sıxmaq hər insanda fərqlidir. Buna görə insanların xarakteri də bir-birindən fərqlənir.

Yumruğunuzu sıxan zaman:
1. Baş barmaq üstdədirsə


Yumruğunuza görə xarekteriniz - TEST


Yəqin ki, dünyada ən enerjili insan sizsiniz. Davamlı olaraq yeni bilgi öyrənməyə çalışır və hər gördüyünüz bilgini qucaqlayırsınız. Televiziya qarşısında vaxt keçirmək isə heç sizlik iş deyil.

Fədakarsınız və qarşınızdakına səbəbsiz yerə yardım edəcək qədər kübar insansınız. Güvəniləcək insanlığınız sayəsində ətrafınızdakı hər kəsdən rəğbət toplayan və hörmət görən insansınız. Bu özəllikləriniz sayəsində ətrafınızdakılara ilham qaynağı ola bilər və dəyər verilən bir liderə çevrilə bilərsiniz.

2. Baş barmaq içəridədirsə

Yumruğunuza görə xarekteriniz - TEST


Ağllı və danışmağı sevənsiniz. Yeni dostlar qazanmaqda isə çox da uğurlu deyilsiniz. Ətrafınızdakılarda ilk baxışda sizi susqun və qaraqabaq təəssüratı yarada bilərsiniz. Ancaq onlar sizi tanıdıqca nə qədər yumşaq və həssas biri olduğunuzu anlayacaq.

Qarşınıza çıxan bir problemin təməlini görmək və həll yollarını tapmaq mövzusunda təbii bir istedadınız var. Zəkalı və hiyləgərsiniz. Hisslərinizdə yanılmırsınız və əksər vaxt haqlı çıxırsınız. Verdiyiniz qərarlar hər zaman doğrudur.

Həssas və düşüncəli tərəflərinizlə yanaşı, bəzən həddən artıq narahatlıq keçirirsiniz və özünəinam yoxsulluğu çəkirsiniz. Bunun öhdəsindən gəlmək üçün sizinlə yalnız sözlərlə deyil, hiss və anlayışla danışa biləcək birinə ehtiyacınız var.

3. Baş barmaq yandadırsa

Yumruğunuza görə xarekteriniz - TEST


Şüarınız: “Hər kəs yolunu özü seçir!” və adətən, sizin yolunuz ən çətin olanıdır. Praktik və “ağır otur, batman gəl” bir xasiyyətiniz var. Çətinliklər qarşısında asanlıqla təslim olmursunuz, mətanətlisiniz. Ən önəmlisi, dəyərinizi bilirsiniz.

Bununla bərabər, uğursuzluq qorxusu ən böyük düşməninizdir və sizi cəsarətli qərarlar verməkdən çəkindirir. Özünəinamınızı sarsıdacaq tək şey, bəlkə də, bu uğursuzluq qorxusudur. Buna görə də tez-tez ətrafınızdakı insanlar tərəfindən təriflənmək istəyirsiniz.

Dostlarınız səmimiyyət, güvənmək və kəskinlik kimi özəlliklərinizə dəyər verir və sizin yanınızda özlərini təhlükəsiz hiss edirlər. Sizə yoldaşlıq etməkdən hər zaman xoşbəxt olarlar. Unutmayın, yaxınlarınızın dəstəyi ilə hər zaman hər şeyi edə bilərsiniz.

4. Baş barmaq yuxarı doğru qalxıbsa

Yumruğunuza görə xarekteriniz - TEST


Təvazökar, bilgili və bacarıqlı birisiniz. İlk baxışda mümkünsüz görünən, çox sürətli şəkildə fikir istehsal edən bir zehniniz var.

Dünyanı kəşf etmək və onu mənalandırmaqdan müdhiş zövq alırsınız. Yenə də bəzən hər şeyi silmək istədiyiniz üçün spesifik bir şeyə diqqət yönəltmək mövzusunda çətinlik çəkirsiniz.

Hər kəs sizin ayaqlı bir ensiklopediya olduğunuzu düşünür və hər fürsətdə bilginizə baş vurmaq istəyir. Ancaq siz ətrafınızdakı insanları seçmək xüsusunda diqqətli bir tipsiniz. Ən dəyərli tövsiyələrinizi sadəcə ən dəyərli dostlarınıza verirsiniz.

loading...
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 939
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
maraqli melumat oldu
2 mart 2019 09:44
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
❤Ə❤CANAN❤G❤
1 mene uygun geldi.tsk
28 fevral 2019 23:50
6
canan qizim sirin seker qizim.
Offline
BARBI
Sonuncu tipde tuturam.Bezi hisseler xarakterimle uygunluq teskil edir
28 fevral 2019 22:19
5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
ʚɞღ..Sultanım..ღʚɞ
3-cü uyğuun gəldi))
28 fevral 2019 21:26
4
'~Hər hansı birinin səndən nifrət etməsinin əsil səbəbi; Sənin kimi olmaq istədiyi halda heç vaxt sənin kimi olmuyacağını bilməsidir.'♡♡♡
Offline
Snow White
*Yumruğunuzu sıxan zaman:
1. Baş barmaq üstdədirsə*
28 fevral 2019 20:25
3
Heyat cox gozeldir.
Offline
Love Angel
Bu testi Youtubedə etmişdim. Ücüncü uygundur.
28 fevral 2019 19:39
2
Don’t try to be different. Just be good. To be good is different enough. 08
Offline
Tomris Müslümova
4. Baş barmaq yuxarı doğru qalxıbsa

-Düzü tam uygun olani olmadi amma biraz 4. benzedi.
Tesekkürler .
28 fevral 2019 19:20
1
Mənim olan bu heart səni çox sevir!!!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
loading...

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri